Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:25

Avropa 14 ölkə ilə sərhədini açır. Azərbaycan siyahıda yoxdur


Malta - A Malta immigration sign at Malta International Airport (Passports, EU, Schengen, visa), 4Dec2007.
Malta - A Malta immigration sign at Malta International Airport (Passports, EU, Schengen, visa), 4Dec2007.

Avropa İttifaqı iyulun 1-dən sərhədlərin 14 qeyri-ittifaq ölkəsi üçün açılmasını tövsiyə edib.

Bunların arasında ABŞ və Rusiya, habelə Azərbaycan yoxdur.

Keçmiş sovet respublikalarından yalnız Gürcüstanla sərhədin açılması tövsiyə olunub.

Təsdiq edilmiş tövsiyə siyahısına Əlcəzair, Avstraliya, Gürcüstan, Kanada, Marokko, Yeni Zelandiya, Ruanda, Serbiya, Tayland, Tunis, Uruqvay, Monteneqro, Cənubi Koreya və Yaponiya daxildir.

Bu da bildirilir ki, Çinlə sərhəd yalnız Çin öz sərhədini Avropa İttifaqı üçün açdıqdan sonra açılacaq.

Şura bildirir ki, tövsiyə siyahısı hər iki həftədən bir nəzərdən keçiriləcək.

Bu da qeyd olunur ki, sözü gedən 14 ölkə ilə sərhədlərin açılması bütün Avropa İttifaqı ölkələri üçün icbari deyil və tövsiyə xarakteri daşıyır, amma üzv ölkələr bu siyahıda olmayan ölkələr üçün sərhədləri birtərəfli qaydada aça bilməzlər.

Sərhəd hansı kriteriya ilə açılır?

Avropa İttifaqının rəhbərliyi sərhədlərin açılması üçün qərarların hansı kriteriyalarla qəbul olunmasını da izah edib.

Hər hansı ölkə ilə Avropa İttifaqının sərhədinin açılması üçün həmin ölkədə gündəlik koronavirus yoluxmaları son iki həftə ərzində ittifaqın orta göstəricisindən yüksək olmamalıdır.

Bundan başqa həmin ölkələrdə son iki həftədə yoluxmaların azalması meyli müşahidə olunmalı, sözü gedən ölkə epidemiya ilə mübarizədə adekvat addımar atdığını nümayiş etdirməlidir.

Avropa İttifaqı ölkələrinin əksəriyyətinin daxil olduğu Şengen viza zonası sərhədləri koronavirus pandemiyası ilə bağlı martın ortalarından qapayıb.

Bir sıra ittifaq üzvləri hətta öz aralarındakı sərhədləri də bağlamışdılar. İyunun ortalarından Şengen zonası daxilində əksər ölkələr arasında sərhədlər açılıb.

XS
SM
MD
LG