Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:28

Avropada ən yüksək ana ölümü göstəriciləri Cənubi Qafqazdadır


10 dekabr Beynəlxalq İnsan Haqları Günü ərəfəsində Avropa Şurasının “Avropada qadınların cinsi və reproduktiv sağlamlığı və hüquqları - 2017” adlı hesabatı açıqlanıb.

Dekabrın 5-də açıqlanmış hesabatda təəssüf hissi ilə qeyd edilir ki, Avropada qadınların bir hissəsi müxtəlif ölkələrin siyasətləri və qanunlarına görə hələ də təməl qadın hüquqlarından məhrumdurlar. Sənəddə buna başlıca səbəb kimi qadınlara qarşı gender stereotiplərinin və bərabərsizliyin hələ də davam etməsi göstərilib.

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks deyib ki, dövlətlər bu hesabatda yer almış tövsiyələrə əməl etməli və tez bir zamanda gender bərabərliyinə mane olan əngəlləri aradan qaldırmalıdırlar.

Hesabatda Avropa Şurasına daxil ölkələrin qadınların cinsi və reproduktiv sağlamlığı və haqları sahəsində beynəlxalq və Avropa insan haqları standartlarına uyğun öhdəlikləri nəzərdən keçirilir.

Bu sənəddə Avropa ölkələrində hərtərəfli seksual maarifləndirmənin, kontraseptivlərdən və abortlardan təhlükəsiz və qanuni şəkildə istifadənin və ana sağlamlığına münasibətin vəziyyəti təhlil edilir.

Hesabatda Avropa insan haqları komissarının 40 tövsiyəsi verilib.

Bu tövsiyələrdə qadınların cinsi və reproduktiv haqlarını tam qoruyacaq səhiyyə sistemlərinin yaradılması vacibliyindən söhbət açılır.

Avropa Şurasının insan haqları komissarı ölkələrə qadınlar üçün müasir kontraseptiv vasitələrə, təhlükəsiz abortlara ucuz və sərbəst çıxış verən sistemin yaradılmasını tövsiyə edir.

İnsan haqları komissarının tövsiyələrində qadın haqlarını və cinsi bərabərliyi pozan qanunların dəyişdirilməsi, habelə qadınların analıq haqqının müdafiəsinin təmin edilməsinin vacibliyi vurğulanır.

Azərbaycan, Ermənistan, Gürcüstan

Hesabatda deyilir ki, Avropada dünyanın başqa regionları ilə müqayəsədə daha çox qadının elmi əsaslara söykənən kontrasepsiyadan (hamiləliyin qarşısı alan vasitələrdən) istifadə imkanı var.

Sənəddə təəssüflə qeyd olunur ki, bəzi Avropa ölkələrində, xüsusilə də Albaniya, Ermənistan, Azərbaycan və Bosniya Herseqovinada qadınların müasir kontraseptiv vasitələrdən istifadəsi reytinqi bütün dünyada ən aşağı göstəricilər sayılır.

Azərbaycan hesabatın daha bir bölümündə xatırlanır. Qeyd olunur ki, 2000 və 2015-ci illər arasında Avropada ana ölümü halları kəskin azalaraq hər 100 min doğuşda 33 ölümdən 16 ölümə enib.

Avropanın bir çox ölkələri ana ölümlərinin sayının azalmasına görə bütün dünyada lider mövqeyi tuturlar. Buna baxmayaraq Avropanın bir sıra yerlərində qarşısı alına biləcək ana ölümü hallarının sayı yüksək olaraq qalır.

Məsələn bir sıra üzv ölkələrdə təxmin edilən ana ölümü faizi regionun başqa yerləri ilə müqayisədə 25 dəfə çoxdur.

Hesabatda deyilir ki, Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Ukrayna və Rusiya Federasiyasında ana ölümü hallarının yüksək faizi dəyişməz olaraq qalır.

XS
SM
MD
LG