Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:55

Avropa Rusiyanı ‘koronavirus dezinformasiyasında’ ittiham edir


Avropa İttifaqı internet platformalarını koronavirus pandemiyası ilə bağlı dezinformasiyalarla mübarizəni gücləndirməyə çağırıb.

Aİ Çin və Rusiyanı demokratiyanı sarsıtmaq, öz imiclərini isə yaxşılaşdırmaq məqsədilə təbliğat kampaniyası aparmaqda ittiham edir.

İttifaqın pandemiya ilə bağlı iyunun 10-da açıqlanmış siyasət sənədində deyilir:

“Xarici oyunçular və müəyyən üçüncü ölkələr, xüsusilə də Rusiya və Çin Avropa İttifaqında, öz qonşuluqlarında və qlobal miqyasda COVID-19 ətrafında hədəfli nüfuz əməliyyatları və dezinformasiya kampaniyaları aparırlar. Bu iki ölkə demokratik debatları gözdən salmağa, ictimai qütbləşməni gücləndirməyə və COVID-19 kontekstində öz imiclərini yaxşılaşdırmağa çalışırlar”.

Sənəddə qeyd olunur ki, pandemiya, “dezinformasiyaların təkcə bizim demokratiyalarımızın sağlamlığına deyil, həm də vətəndaşlarımızın sağlamlığına ziyan vurduğunu göstərib”.

Ziyanlı dezinformasiyalara misal olaraq təmizlik işləri üçün nəzərdə tutulmuş xlorun içilməsinə və ya əllərin yuyulmasının vacib olmadığına dair “məsləhətlər” göstərilir.

Sosial medialara təşəkkür

Aİ Google, Facebook və Twitter kimi sosial platformaların milyonlarla azdırıcı reklamları silməsini təqdir edir.

Lakin Avropa Komissiyasının Dəyərlər və Şəffaflıq üzrə vitse-prezidenti Vera Jourova jurnalistlərə deyib ki, sosial media nəhəngləri saxta xəbərlərin qarşısının alınması üçün gördükləri işlər barədə hər ay hesabat verməlidirlər.

O əlavə edib ki, sosial media platformaları ictimaiyyət nümayəndələrinin də saxta xəbərlərə qarşı mübarizədə iştirakına imkan yaratmalıdırlar.

Bütün dünyada koronavirusa indiyədək 7.6 milyon insan yoluxub. COVID-19 xəstəliyindən 412 min nəfər vəfat edib. Bu ölümlərdən 180 mini Avropada baş verib.

XS
SM
MD
LG