Avstriyada daha bir rusiyalı casus aşkar edilib.
Bu barədə noyabrın 11-də AzadlıqRadiosunun Rusiya xidməti “Kronen Zeitung” nəşrinə istinadla xəbər verib.
Qəzetin məlumatına görə, şübhəli konstitusiyanın müdafiəsi və terrorçuluqla mübarizə məsələləri üzrə Avstriya federal idarəsinin əməkdaşıdır.
Amma casusun adı hələ ki,çəkilmir.
Məlumata görə, onun məxfi sənədlərə çıxışı olub və onları Rusiyaya ötürüb.
Dövlət sirrini yaydığına görə onu 10 ilədək həbs cəzası gözləyir.
Moskva hələ ki,məlumatı şərh etməyib.
Bundan əvvəl Avstriya ordusunun istefada olan polkovnikinin də Rusiyanın xeyrinə casusluq etməsi barədə məlumat yayılıb.
Məlumata görə o da 1990-cı illərin sonlarından Rusiyanın hərbi kəşfiyyatına miqrasiya böhranı, Avstriyanın hərbi aviasiyası və artileriya sistemləri barədə məlumatlar ötürüb.
Moskva ilə 20 illik əməkdaşlığa görə, o, 300 min avroyadək pul alıb.
Şübhəli artıq deyilənləri etiraf edib.
Həmin qalmaqala görə Avstriyanın xarici işlər naziri Karin Knaysl Rusiyaya səfərini təxirə salıb.
Moskva ittihamı rədd edir və Avstriya səfiri Johannes Eigner-ə etiraz notası verib.