Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:20

Beyləqanda AXCP fəalı saxlanıb


Arxiv fotosu
Arxiv fotosu


Avqustun 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Beyləqan rayon şöbəsinin fəalı Vasif Fətiyev saxlanıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının deyir ki, Vasif Fətiyevi küçədə polis tutub.

Gözəl Bayramlının sözlərinə görə, həmin vaxt AXCP Beyləqan şöbəsinin sədri Füzuli Qəhrəmanlı da təzyiqə məruz qalıb.

“Vasif Fətiyevin saxlanmasının səbəbləri bəlli deyil”, o qeyd edib.

Ancaq, hələlik, Vasif Fətiyevin saxlanması ilə bağlı deyilənlərə Beyləqan Rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Avqustun 18-də AXCP-nin iki üzvü də saxlanmışdı.

Onlardan partiyanın Suraxanı şöbəsinin fəalı Qədim Bəkirova 25 günlük inzibati həbs verilib. O, poisə tabe olmamaqda günahlandırılıb.

Digər cəbhəçi - AXCP-nin Xətai rayon şöbəsinin gənclər komitəsinin sədri Fuad Əhmədlini isə Dövlət Təhlükəsizlik Xidməti saxlayıb.

Dövlət Təhlükəsizlik Xidmətivə Baş Prokurorluğun yaydığı məlumatda o, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinib. Üstəlik, Fuad Əhmədli Türkiyədə baş verən dövlət çevrilişini himayə etməkdə günahlandırılan Fetullah Gülene rəğbət bəsləyən şəxs kimi təqdim edilib.

***Bunlara da baxın: - Referendum məhbusları?


AXCP isəüzvlərinin saxlanılmasını onların da daxil olduğu Milli Şuranın sentyabrın 26-na təyin edilmiş referendumun əleyhinə olması ilə izah edir.

Milli Şura referenduma çıxarılan dəyişiklik təkliflərinin əleyhinədir. Müxalif birlik həmin təkliflər əleyhinə etiraz aksiyaları keçirməyə qərar verib.

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirmişdi ki, cəbhəçiləri polisə aparıb təzyiqlər edilməsində əsas məqsəd etiraz aksiyalarının təşkilinə mane olmaqdır.

Sentyabrın 26-də konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməlidir.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG