Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:06

Həbsdəki AXCP-çi gənc təcili əməliyyat olunmasa...


Elvin Abdullayev (ortada)
Elvin Abdullayev (ortada)

►“Bu mənim diktator üzərində qələbəmdir”

"Hazırda həbsdə olan AXCP Gənclər Komutəsinin üzvi Elvin Abdullazadə əməlliyyat olunmalıdır."

Bu barədə Azadlıq Radiosuna onun anası Zülfiyyə Abdullayeva verib.

Elvin Abdullayev Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. Bu il yanvarın 8-də imtahandan çıxıb evlərinə gələrkən həbs edilib O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunub.

İyunun 1-də isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökümü ilə 6 il həbs cəzası alıb.

Zülfiyyə Abdullayeva deyir ki, oğlu Penitensiar Xidmətin xəstəxanasında da müayinə olunub. Xəstəxananın həkimi də yaxın zamanlarda əməliyyatın vacibliyin söyləyib. Zülfiyyə Abdullayeva deyir ki, oğlu saxlanarkən işgəncələrə məruz qalıb. Üstəlik karserə də salınıb. Nəticədə yumşaq toxumalarında şiş və yırtıq yaranıb:

Buna da bax: Sahibkarlara seçim haqqı verildi...

“İndi kəskin ağrılar olur. Biz də Elvinin cəzaçəkmə müəssisəsinə köçürülməsini gözləyirik. Sonra uyğun həkim tapıb, əməlliyyat etdirəcəyik. Əməlliyyatı gecikdirmək olmaz. Həbsxananın həkiminin diaqnozunda qeyd edilir ki, qasıq nahiyəsində yumurta boyda yırtıq yaranıb. Ancaq həkim bunun işgəncə nəticəsində yarandığını öz rəyində qeyd etməyib. Deyib ki, bu, ağır yük götürməkdən də yarana bilər. Mənim oğlum tutulana qədər ağır iş görməyib. Mən də ixtisasca həkiməm, bir problemi olsaydı, bilərdim. Oğlum heç siqaret də çəkməyib. O ki ola, narkotik. Tələbə idi, namaz qılırdı...”

Zülfiyyə Abdullayeva deyir ki, indi oğlu ilə elə də maraqlanan yoxdur. Hər zəng edəndə onunla kimin maraqlanıb-maraqlanmadığını soruşur:

“Xahiş edirəm ki, beynəlxalq təşkilatlar da Elvinin taleyi ilə maraqlansınlar. Biz bu məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə qədər çıxarmaq niyyətindəyik”

Buna da bax: Bakıda icarə haqları kəskin düşür

“Bu mənim diktator üzərində qələbəmdir”

Həbs edilərkən işgəncəyə məruz qaldığını Elvin Abdullazadə məhkəmə də iddia etmişdi. Ancaq məhkəmə onun bu şikayətini araşdırmamışdı. Elvin Abdullazadə məhkəmədə hökmdən əvvəl son sözündə bunları demişdi:

Mən vicdanlı olduğum, vətəni sevdiyim üçün buradayam.

«Bu, əslində son sözüm deyil, son sözümü Allah dərgahında deyəcəyəm. Mən xoşbəxtəm, çünki mən qalibəm, mən siyasi məhbusam. Bu, mənim diktator üzərində qələbəmdir. Zalım hakimiyyətin məndən qorxub məni həbsə atması qələbəmdir. Həm də ona görə xoşbəxtəm ki, zalımlardan yox, vicdanlılardanam. Mən vicdanlı olduğum, vətəni sevdiyim üçün buradayam. Allahdan başqa məni heç kəs mühakimə edə bilməz. Bir gün başda İlham Əliyev olmaqla zalım hakimiyyət özü burada mühakimə olunacaq».

“Elvin kimi intellektli, fədakar gənclərimiz...”

AXCP sədrinin müavini Gözəl Bayramlı da öz Facebook səhifəsində Elvin Abdullazadənin səhhətində problemlər yaranmasına münasibət bildirib:

“Elvin kimi intellektli, fədakar gənclərimiz millətimizin gələcəyidir. Millətin gələcəyini məhv etmək istəyənlər tarix qarşısında cavab verməli olacaqlar...”

XS
SM
MD
LG