Mitinq başlandı
Bakıda Milli Şuranın sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikləri ilə bağlı referendumun keçirilməsinə etiraz olaraq etiraz mitinqi başlayıb.
Mitinqdə Azərbaycanın dövlət himni səsləndirilib.
Etiraz aksiyasında “Çörək baha, ət baha, yemək tapmır xalq daha”, “Əmək haqqı 105 manat, təhsil haqqı 4000 min manat”, “Azərbaycan intiharlar ölkəsi”, “Biz kölə deyilik”, “Yox deyirəm”, “Lazım” Qarabağa nə vaxt gələcək?”, “Siyasi məhbuslara azadlıq”, “Dəstək olaq doğruya, lənət olsun oğruya”, “Yalançı da hökumət, Gülənçi də hökumət” şüarları qaldırılıb.
Mitinqçilər meydana toplaşdı
Milli Şura fəalları aksiyanın keçiriləcəyi "Məhsul" stadionuna daxil olur
Müxalifətin geniş spektrindən Milli Şuranın mitinqinə dəstək
«Müsavat Partiyasının İdarə Heyəti də avtoritarizmin güclənməsinə qarşı bütün tədbirlərdə iştirak etməyi qərara alıb», - deyə partiyanın aparat rəhbəri Gülağa Aslanlı bildirib. «Partiya Milli Şuranın mitinqinin şüarlarını və məqsədini təqdir edib və Müsavat üzvlərinin bu aksiyada iştirakını məqsədəuyğun hesab edib», - deyə o, əlavə edib. (Ətraflı)