Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:03

Azərbaycan-Ermənistan sərhədində gərginlik


Azərbaycan əsgəri
Azərbaycan əsgəri

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bu gün, fevralın 24-də Ermənistanla sərhəddə vəziyyətin gərginləşməsinə dair məlumat yayıb.

Məlumatda vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər.

DSX bildirir ki, fevralın 24-ü saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın sərhəd döyüş məntəqəsinə təxribat cəhdinin qarşısı alınıb. Qurumdan vurğulandığına görə, qarşı tərəfin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu həlak olub.

Məlumatda Azərbaycanın da bir sərhədçi əsgərinin həlak olduğu açıqlanıb.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Hər iki tərəf itkilər verib.

Tərəflər atəşkəs sazişi imzalasa da, tez-tez cəbhə xəttində atəş səslərinin eşidildiyi bildirilir. Bəzən isə cəbhə xətlərindən belə qara xəbərlər də gəlir.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu tənzimləyir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir. Sülh danışıqları, hələlik, nəticə verməyib.

XS
SM
MD
LG