Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:58

Azərbaycan və Ermənistan nazirləri video-konfrans keçirəcəklər


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Aprelin 20-də Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qupunun həmsədrləri Iqor Popov (Rusiya), Andrew Schofer (ABŞ) və Stéphane Visconti (Fransa) ilə video-konfrans formatında görüşü olub.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə tərəflər hazırda COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə ediblər.

“Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb. Tərəflər, bu ilin 21 aprel tarixində Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə video-konfrans formatında görüşünün keçirilməsini razılaşdırıblar”, - XİN bildirir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG