Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Nazirlik: 'Kəşfiyyat-diversiya qrupu sərhədi keçmək istəyib'


Azərbaycan ordusu təlimdə, 2016
Azərbaycan ordusu təlimdə, 2016

Azərbaycanın Müdafiə Nazirliyi iyulun 15-də səhər saatlarında Ermənistanın kəşfiyyat-diversiya qrupunun dövlət sərhədini keçməyə cəhd göstərməsi haqda xəbər yayıb.

Xəbərdə deyilir ki, həmin qrup dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə çalışıb.

Nazirlik “təxribat cəhdi”nin qarşısının alındığını, “qarşı tərəfin itkilər verərək geri çəkildiyini”, qrupun bir üzvünün əsir götürüldüyünü bildirir. Məlumatda əsirin 1984-cü il təvəllüdlü Karen Kazaryan olduğu deyilir.

Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. 1988-ci ildə münaqişə zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, 7 rayon və daha bir neçə kənd işğal olunub.

1994-cü ilin mayında atəşkəs razılaşması imzalanıb. Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Ermənistan müdafiə nazirliyin mövqeyi

AzadlıqRadosunun erməni xidməti isə Ermənistan Müdafizə Nazitliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tavuş rayonunun sakini olan 1984-cü ildə anadan olmuş Karen Kazaryan heç vaxt orduda xidmət etməyib. Nazirliyin sözçüsü Artsrun Hovhannisyan özünün facebook səhifəsində qeyd edib ki, ölkənin müdafiə naziri artıq Karen Kazaryanın Ermənistana qaytarılması ilə bağlı Qırmızı Xaş Komitəsinə müraciət edib.

XS
SM
MD
LG