Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:31

Azərbaycanda insan alverinə görə məhkum olunanlar azalıb


Bakıda insan alveri qurbanı, 2013-cü il
Bakıda insan alveri qurbanı, 2013-cü il

İyulun 2-də ABŞ Dövlət katibi Entoni Blinkenin açıqladığı illik İnsan Alveri hesabatında belə deyilir. Hesabat 188 ölkəni və ərazini əhatələyir

Azərbaycan hökuməti insan alverinin kökünü kəsmək üçün minimum standartlara tam cavab vermir, amma bundan ötrü əhəmiyyətli cəhdlər göstərir. Buraya məhkum olunmuş insan alverçilərinə daha sərt cəzaların verilməsi, ölkədaxili insan alveri də daxil olmaqla daha çox qurbanın aşkarlanması daxildir.

İyulun 2-də ABŞ Dövlət katibi Entoni Blinkenin açıqladığı illik İnsan Alveri hesabatında belə deyilir. Hesabat 188 ölkəni və ərazini əhatələyir.

Sənəddə hökumətin qurbanlara yardımı cüzi qaldırdığı, 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı qəbul etdiyi bildirilir.

Tövsiyələr

“Ancaq hökumət öncəki hesabat dövrüylə müqayisədə ümumi cəhdlərini gücləndirməyib, hətta COVID-19 pandemiyasının onun fəaliyyətinə təsirini nəzərə alanda belə. Hökumət daha az şübhəlini təqib edib, daha az insan alverçisini məhkum edib”, – hesabatda deyilir.

Hökumət yazılı plana yetərincə resurs həsr etdiyindən və bu plan gerçəkləşərsə, minimum standartlara cavab vermək üçün ciddi iş anlamına gəldiyindən, Azərbaycan artıq üçüncü ildir İkinci Müşahidə Qrupunda saxlanır. Əslində, isə 3-cü qrupa salınmalıydı.

Hesabatda bir sıra tövsiyələr də irəli sürülür. Buraya məhkum olunan insan alverçilərinə adekvat cəzaların, sərt həbs cəzaları kəsmək; məcburi əmək, uşaq alveri daxil ölkəiçi insan alveri ilə mübarizəni gücləndirmək; alver qurbanlarının yoxlanması üçün standart prosedurların qəbulu, rəsmilərə bu sahədə təlim keçmək müstəntiqlərə, prokurorlara, hakimlərə müvafiq təlim keçmək; qrafik üzrə və qəfil əmək təftişlərinə moratoriumu qaldırmaq; potensial uşaq qurbanların qorunması üçün spesifik prosedurlar qəbul edərək həyata keçirmək və sairə daxildir.

Daha az təqsirləndirilən, məhkum edilən

Hesabatda hüquq-mühafizə orqanlarının insan alverinə qarşı fəaliyyətinin azaldığı vurğulanır. Məsələn, ötən il məhkəmə qarşısına 21 təqsirləndirilən çıxarılıbsa, 2019-cu ildə bu say 30 idi. Məhkəmələr 15 insan alverçisini məhkum edib. 2019-cu ildə onların sayı 42 olmuşdu.

Pandemiyaya görə məhkəmə prosesləri təxirə salınıb. Amma hüquq-mühafizə orqanları bu dönəmdə də insan alveri daxil, ağır cinayətləri prioritet hesab edib.

Hesabatda hökumətin ötən il qurbanlara yardım üçün 119 min manat, QHT-lərə Dövlət Dəstəyi Şurasının isə 172 min manat ayırdığı qeyd olunur.

QHT-lərin nəzdindəki sığınacaqların maliyyəsi aşağıdır, xarici qrantları məhdudlaşdıran qanunvericilik isə onların xarici donorlardan vəsait almasını mümkünsüz edir, sənəddə vurğulanır.

Uşaq dilənçilər insan alverinin qurbanıdır?
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

İdxal ölkə

Son beş ildə olduğu kimi, insan alverçiləri Azərbaycanda yerli və xarici qurbanları istismar edirlər. Azərbaycandan qurbanlar isə xaricə aparılır. Azərbaycanlı kişilər və oğlanlar Qətər, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdə məcburi əməyə cəlb olunurlar.

Qadınların isə həm ölkə daxilində, həm də İran, Malayziya, Pakistan, Qətər, Rusiya, Türkiyə və BƏƏ-də cinsi istismara cəlb edildiyi bildirilir. Azərbaycan özü də Çin, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan seks və əmək alveri üçün idxal ölkəsidir.

Azərbaycanda uşaqlar dilənçiliyə, yolkənarı satış və çay evlərində, eləcə də şadlıq saraylarında məcburi əməyə cəlb olunur.

Hesabatda vurğulanan daha bir məqam pandemiya qadağalarından dolayı neftçilərin dənizdə uzunmüddətli əmək növbələrinə cəlbidir. 2019-2020-ci illərdə pambıq yığımında məcburi əməyə cəlbi haqda vətəndaş cəmiyyəti və hökumət rəsmilərindən informasiya gəlməyib. 2018-ci ildə dövlət sektoru işçilərinin payızda pambıq yığımına məcbur edilməsi xəbərləri gəlirdi.

Rəsmilər nə deyir

Azərbaycan rəsmiləri bu hesabata hələlik, rəsmi münasibət açıqlamayıblar. Amma hökumət ölkədə insan alverilə daimi mübarizə aparıldığını bildirir. Bu il İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimovun təqdim etdiyi illik hesabat parlament apreldə qəbul edib.

Hesabatda deyilirdi ki, ötən il müəyyən edilən 94 insan alveri qurbanından 93-ü Azərbaycan Respublikası vətəndaşı, 1-i isə əcnəbi olub. Bu şəxslərdən 81-i cinsi istismar məqsədilə Türkiyə Respublikasında, 4-ü Birləşmiş Ərəb Əmirliklərində, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb. Zərərçəkənlərdən 80-ni sığınacağa yerləşdirilərək, hər birinə tibbi, psixoloji və hüquqi yardımlar göstərilib.

XS
SM
MD
LG