Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:12

Hökumət 'Azadlıq.org'u bloklamaq üçün məhkəməyə müraciət edir


Azadliq.org
Azadliq.org

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycanda bəzi saytların bloklanması tələbilə məhkəməyə müraciət edib.

Nazirlik azadlıq.org, azadlıq.info, azərbaycansaatı.com, meydan.tv saytlarını, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarına girişə blok qoyulmasını istəyir.

Bu haqda çapını dayandırmış “Azadlıq” qəzetinə Səbail rayon Məhkəməsindən bildiriş gəlib.

Bildirişdə qeyd edilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin adı çəkilən internet resurslara qarşı iddiası məhkəmə baxışına qəbul edilib.

İddia azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, meydan.tv saytlarını, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarına girişin məhdudlaşdırılması ilə bağlıdır.

Sözügedən mülki iş üzrə məhkəmə iclası aprel 27-nə saat 11:20-a təyin olunub.

İddiaya hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.

Hələ ki bununla bağlı Azadlıq Radiosuna bildiriş gəlməyib.​

Bundan əvvəl radionun bloklanmasına gizli cəhdlər olarkən Azad Avropa və AzadlıqRadiosu korporasiyasının prezidenti Tomas Kent bu addımı pisləmiş, bunu hakimiyyətdən sui-istifadə edərək AzadlıqRadiosu-nun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirmişdi.

Buna da bax: 'Azadlıqradiosu-nun saytı açar sözlərlə bloklanır'

XS
SM
MD
LG