Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:33

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

17:54 26.12.2014

OFİS MÖHÜRLƏNDİ

Prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakıdakı ofisini möhürləyərək polisə təhvil veriblər.

17:53 26.12.2014
Baş prokurorluq əməkdaşları axtarışdan sonra AzadlıqRadiosunun Bakı ofisini möhürləyir
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

17:46 26.12.2014

Azad Avropa AzadliqRadiosunun prezidenti: AzadliqRadiosundan qisas alıralr

Azad Avrop AzadlıqRadiosunun rəhbəri Nenad Pejic (Nenad Peyc) Bakı bürosuna hücumu pisləyərək, Azərbaycan hakimiyyətini radiodan qisas almaqda ittiham edib.

- AzadliqRadiosunun Bakı bürosuna olan hücum Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin kobudcasına pozulmasıdır. Ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addım AzadliqRadiosunun susdurulmasına yönələn quldurluğun tərkib hissəsi, mustəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir. Azərbaycan rejimi dəfələrlə bizi susdurmağa çalışıb. Lakin Azərbaycan xalqının azad informasiya almaq hüququnun təmin olunması üçün yaradılan AzadliqRadiosu öz işini heç vaxt dayandırmayıb və bundan sonra da Azərbaycan xalqının azad informasiyaya çıxışını təmin etmək, auditoriyanının tələbatı olan xəbərləri yaymaq üçün öz işini davam etdirəcək. - deyə Nenad Pejic bildirib

16:56 26.12.2014

AZADLIQRADİOSUNUN BAKI OFİSİ MÖHÜRLƏNİR

Prokurorluq işçiləri AzadlıqRadiosunun Bakıdakı ofisində axtarış işlərini başa vurub ofisin qapısını möhürləyirlər. Müstəntiq Sənan Paşayev möhürlənmə qərarını, aktın sürətini radionun təmsilçilərinə verməkdən imtina edir. Vəkil Yalçın İmanov bildirir ki, müstəntiq mühafizə üçün polis əməkdaşlarını çağırıb. Yəqin ki, qapılar möhürləndikdən sonra polisə təhvil veriləcək.

Müstəntiq yalnız onu bildirib ki, ola bilsin növbəti istintaq hərəkətləri üçün ofisə baş çəkəcəklər.

Vəkilə və radionun təmsilçilərinə ofisinin bağlanmasının səbəbləri, hansı müddətə bağlanacağı barədə məlumat verməkdən imtina olunub.

QEYD:

BAKIDAKI OFİSİN MÖHÜRLƏNMƏSİ AZADLIQRADİOSUNUN AZƏRBAYCAN DİLİNDƏ RADİO VƏ TELEVİZİYA VERİLİŞLƏRİNİN, ELƏCƏ DƏ İNTERNET SAYTININ FƏALİYYƏTİNDƏ HƏR DƏYİŞİKLİK YARATMIR. BİZİ ƏVVƏLKİ İNTERNET ÜNVANINDA VƏ TEZLİKLƏRDƏ İZLƏMƏKDƏ DAVAM EDİN.

Davamı

XS
SM
MD
LG