"Azərbaycan şərt qoya bilər"
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Azad İsazadə bunu AzadlıqRadiosuna bildirib ki, «Son hərbi əməliyyatlar zahirən böyük görünməyə bilər. Amma 1994-ci ildən bu yana bu, Azərbaycanın zor gücünə qazandığı qələbədir. Bunun sonucu olaraq, Azərbaycan tərəfi bir-iki günə «ya mənimlə danışın, ya da davam edəcəyəm» şərtini ortaya qoya bilər».
Zakir Həsənov: vəziyyət tam nəzarətdədir
"Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir və ola biləcək bütün təxribatların qarşısını almağa hazırdır".
APA-nın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Təhlükəsizlik Şurasının iclasındakı məruzəsində söyləyib.
140 liderin 210 min şirkəti
Mediaya sızmış materiallara görə 140 lider və hökumət rəsmisinin adları 210 minədək şirkətlərlə bağlıdır.
Hesabatda adları birbaşa və ya dolayısı ilə çəkilən dövlət başçılarının arasında Ukrayna prezidenti Petro Poroshenko, Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Nursultan Nazarbayev də var.