Bu günki AzadlıqLive-da:
Qarabağda atəşkəs əldə olundu. İndi bundan sonra nə olacaq? Fərhad Bədəlbəyli: niyə iki millət bir-birini qırmalıdır?
Real Hərəkatından Azər Qasımlı atəşkəsin səbəbləri və nəticələri haqda
Nə qədər ki, məmur həm də sahibkardır, antiinhisar qanunları işləməyəcək. Keçmiş millət vəkili Nazim Məmmədov optimist deyil:
Eyni sözlər
Minsk qrupunun amerikalı həmsədri James Warlick bildirib ki, hərtərəfli həllə orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılması daxildir: "Amma Qarabağın statusunun da muəyyənləşməsi lazımdır. Hərtərəfli həllə çox məsələ daxildir, tərəflər buna bütöv məsələ kimi baxmalıdırlar".
Analar ifadə verir
Jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunmuş futbolçu Cavid Hüseynovun məhkəməsində həm jurnalistin, həm də futbolçunun anaları şahid qismində ifadə verib.
Atəşkəs razılaşması Moskvada əldə olunub?
Qarabağda əməliyyatların dayandırılması barədə razılıq Azərbaycan və Ermənistan Hərbi Qüvvələrinin Baş Qərargah rəislərinin Moskvadakı görüşündə əldə edilib.
«Turan»ın xəbərində deyilir ki, bu barədə Rusiya mediası yazır.