50 nəfər Yerevandan sığınacaq istəyib
BMT-nin Humanitar Məsələlərin Koordinasıyası İdarəsinin aprelin 3-nə olan məlumatına görə, erməni tərəfdən "50 nəfər Yerevandan sığınacaq istəyib", "Azərbaycan tərəfdə isə "daxili yerdəyişmə olmayıb"". Bu xəbəri AzadlıqRadiosunun Erməni xidməti yayıb.
Lavrov Minsk qrupunun dəyişdirilə bilməyəcəyini deyir
"Minsk qrupunun formatını dəyişmək məqsədəuyğun deyil". Bunu Rusiyanın xarici işlər nari Sergey Lavrov deyib. (RİA Novosti)
Sarkisian hədə-qorxu gəlir
Serj Sarkisian ATƏT ölkələrinin səfirləri ilə görüşdə deyib ki, irimiqyaslı hərbi əməliyatlar olsa, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq.
Erməni tərəfginin komanda-qərargah məntəqəsi dağıdılıb
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi dağıdılıb.