Əsgərlərə dəstək kampaniyası
Aprelin 5-də Bakıda cəbhədəki əsgərlərə yardım kampaniyası keçirilib. Onlar üçün ərzaq, siqaret, corab toplanıb. Eyni zamanda, Bakıda və Zaqatalada əsgərlərə dəstək aksiyaları keçirilib. Aprelin ikisindən bəri Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik yaşanır.
Ofşor şirkətlər qalmaqalı
Minlərlə islandiyalı Reykyavikin mərkəzinə toplaşaraq baş nazir Sigmundur Gunnlaugssonun istefasını tələb ediblər.
Söhbət Panamadakı ofşor şirkətlər qalmaqalından gedir.
Hesabatda onun həmin ofşor şirkətdə deklarasiya edilməmiş payı olduğu bildirilir.
Atəşkəs Rusiyanın vasitəçiliyi ilə olub
Ermənistanın diplomatik mənbələri İnterfaks agentliyinə deyiblər ki, Dağlıq Qarabağda atəşkəs Rusiyanın vasitəçiliyi ilə əldə olunub.
BP 20 milyard dollar cərimə olundu
ABŞ federal məhkəməsi British Petrolium şirkətinin ABŞ hökuməti də daxil, 5 körfəz ölkəsinə 20 milyard dollar cərimə ödəməsi razılaşmasını təsdiq edib.
Razılaşma keçən ilin oktyabrında əldə olunmuşdu. BP 2010-cu ildə Meksika Körfəzinə neft axıdılmasına görə cərimə olunur. ABŞ-ın Baş prokuroru Loretta Lynch-in sözlərinə görə, ABŞ tarixində hələ heç bir qurum bu qədər böyük cərimə verməyib.