Dmitri Medvedev Yerevana və Bakıya gəlir
"Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevin Dağlıq Qarabağda vəziyyətin normallaşması ilə bağlı fəaliyyəti tam sinxronlaşdırılıb".
APA-nın “arminfo.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin “Putin Medvedevə Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı hansısa tapşırıq veribmi?” sualına cavab olaraq deyib.
D. Medvedev aprelin 7-də Ermənistana, aprelin 8-də isə Azərbaycana səfər edəcək.
Rusiya XİN Qarabağ münaqişəsini işıqlandıran KİV-i məsuliyyətli olmağa çağırıb
Rusiya Xarici İşlə Nazirliyi (XİN) "Lifenews" kanalının jurnalistlərinin Azərbaycandan deportasiya olunması məsələsinə münasibət bildirib.
Rusiya XİN sözçüsü Mariya Zakharova bu gün keçirdiyi brifinqdə bildirib ki, KİV-in işinə hörmət etmək lazımdır, lakin KİV də işlədiyi ölkənin qanunvericiliyinə riayət etməlidir.
M. Zaxarova Dağlıq Qarabağ münaqişəsini işıqlandıran Lifenews-u tənqid edib. O, KİV-i məsuliyyətli olmağa çağırıb: "KİV hadisəslərə obyektiv yanaşmalıdır. Xüsusən bu cür çoxlu sayda insan itkisi ilə müşayiət olunan münaqişə işıqlandırılan zaman buna daha çox diqqət yetilrməlidir. Münaqişənin işıqlandırılması zaman hansısa tərəfin mövqeyini müdafiə etmək qəbuledilməzdir. KİV bunun məsuliyyətini dərk etməlidir".
"Qarabağ münaqişəsində Rusiya tərəfdir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Dağlıq Qarabağ məsələsində tərəf olduğunu bildirib.
“Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf aranacaqsa, ən önəmli tərəf Rusiyadır. Rusiya tərəf olmağı sevir. Ukraynadakı münaqişədə tərəf olub. Gürcüstanda tərəf olub. İndi də Suriyada tərəfdir. Rusiya “Suriya bizi çağırdı, ona görə getdik” deyir. Məni aldada bilməzsən. Niyə zalımın yanında yer alırsan? Məzlumun yanında yer al”.
Atəşkəs razılaşması Moskvada əldə olunub?
Qarabağda əməliyyatların dayandırılması barədə razılıq Azərbaycan və Ermənistan Hərbi Qüvvələrinin Baş Qərargah rəislərinin Moskvadakı görüşündə əldə edilib.
«Turan»ın xəbərində deyilir ki, bu barədə Rusiya mediası yazır.