Azərbaycan bayrağının qiyməti kəskin qalxır
"son hadisələrə qədər eni 50, uzunluğu 100 sm olan bayrağın qiyməti 3-4 manat arasında dəyişirdisə, hazırda qiymətlər 50 faiz qalxaraq 5-7 manatdır."
Bunu “Qafqazinfo” yazır. Mağazalarda olan müxbirlər bildfiriblər ki, "hazırda tələbat həddən artıq olduğu üçün bir çox mağazada bayrağın satılıb qurtardığının da şahidi olduq."
Cəbrayıl rayonun Cocuqmərcanlı kəndinin sakinləri 23 ildən sonra doğma yurdlarında olublar.
«Report» xəbər verir ki, 23 il əvvəl həmin kəndi Ermənistan Silahlı Qüvvələri işğal ediblər. Bir il sonra kənd azad edilib. Ancaq ətraf yüksəkliklər yenə erməni silahlı qüvvələrinin nəzarətində olduğundan Cocuqmərcanlıya getmək təhlükəli olub.
Bir neçə gün əvvəl isə Lələ Təpə yüksəkliyinin geri qaytarılması səbəbindən artıq kənd sakinləri üçün doğma yurdlarına getmək təhlükəsi aradan qalxıb.
Kənd sakinləri hərbçilərin nəzarəti altında qəbiristanlığı ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.
Dünya Bankı Azərbaycan üzrə proqnoz verir
Neftin qiymətinin aşağı düşməsi, inflyasiya, real gəlirlərin azalması səbəbi ilə 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 1,9% azalacağı proqnozlaşdırılır. Bu barədə Dünya Bankının hesabatında bildirilir.
Ağdamda dağıntılar
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları xəbər verirlər ki, Ağdam rayonunun Sarıcalı, Zəngişalı, Evoğlu, Əfətli və digər kəndləri minaatanlardan və ağır artilleriyadan davamlı atəşə məruz qalıb. Rayonda bir məktəb, 21 ev dağıdılıb, 1 mülki şəxs həlak olub, 8 nəfər yaralanıb.