Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:18
xarici işlər nazirləri Moskvada görüşür
xarici işlər nazirləri Moskvada görüşür

AzadlıqLive - İlham Rəhimov: 5 rayonun qaytarılması Azərbaycan üçün tələdir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

14:39 8.4.2016

Lələ Təpədə Qarabağ şikəstəsi

Muğam ifaçısı Qoçaq Əsgərov işğaldan azad olan Lələ Təpə yüksəkliyində Qarabağ şikəstəsini oxuyur.

15:32 8.4.2016

Qarabağa görə gələn Medvedev iqtisadiyyatdan danışdı:

"Bizim böyük enerji və nəqliyyat layihələrimiz var. Xəzər dənizində və regionunda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı da gündəlikdə duran məsələdir. Bu səfər nəzərdə tutulmuşdu, ancaq son hadisələrlə əlaqədar daha tez həyata keçirildi və bu, doğru addımdır". Qarabağ probleminin həlli ilə iqtisadi layihələrin əlaqəsi varmı?

16:17 8.4.2016

Putinin dəstəklədiyi musiqiçi dostu

RBK internet nəşrinin apardığı araşdırmanın nəticəsinə görə, "Putinka" ticarət nişanının sahibi 2015-ci ildə 200 milyon rubldan çox qazanc əldə edib.

Putinka
Putinka

Yazıda deyilir ki, bu brendin məxsus olduğu "Real İnvest" şirkəti Vladimir Putinin yaxın dostu, musiqiçi Sergey Rolduginin partnyoruna məxsusdur.

16:25 8.4.2016

Putin Təhlükəsizlik Şurasında Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin aprelin 8-də Təhlükəsizlik Şurasının operativ yığıncağını keçirib, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edib.TASS-ın məlumatına görə, bunu prezidentin sözçüsü Peskov bildirib.

Davamı

XS
SM
MD
LG