Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

AZAL-da son tender tualet kağızına aid olub


AZAL-ın Bermud uçbucağına ucuzlaşmış reysi [karikatura]
AZAL-ın Bermud uçbucağına ucuzlaşmış reysi [karikatura]

Şəffaf fəaliyyət göstərməyən milli hava nəqliyyatı şirkətləri maliyyə hesabatlarını gizli saxlayırlar

Nizamnaməsində göstərilən kimi, «Azərbaycan Hava Yolları» QSC birləşdirilmiş maliyyə hesabatlarını hər dəfə maliyyə ili bitəndən ən geci 4 ay içində dərc etməlidir. Hesabatda auditor rəyi də əksini tapmalıdır. Sənəddə yazıldığına görə, bütün bunlar «şəffaflığın təmin edilməsi üçün»dür.

Nizamnamə 2008-ci ilin aprelin 30-da qəbul edilib. Azı 8 il ötsə də, o zamandan bu günədək AZAL hesabatını nə korporativ saytına yerləşdirir, nə də KİV-də dərc edərək ictimaiyyətə açıqlayır. Buna görə şirkətin rəhbərliyinə irad bildirən də yoxdur.

Son tender elanı tualet kağızına aid idi

Hər il on milyonlarla manat dəyərində mal satın alan dövlət aviaşirkəti, illərdir, heç tender prosedurlarına da əməl etmir. Onun satınalma elanlarına nə mətbuatda, nə də elektron resurslarda rast gəlmək olur. AZAL son dəfə təxminən 5-6 il öncə tualet kağızı almaq üçün tender elan etmişdi.

Hesablama Palatası ötən il 81 təşkilatda, o cümlədən «Azərbaycan Hava Yolları» QSC-də audit keçirib. AZAL-dakı yoxlama Vergilər Nazirliyi ilə birgə aparılıb. Amma təəccüb doğuran bir məqam da budur ki, Palata illik hesabatında bütün audit yoxlamaları haqqında, kiçik də olsa, xülasə versə də, AZAL-ı «unudur». Yoxlama gedişində AZAL-da nə aşkar edilməsi sirr olaraq qalır.

«Silk Way Aviaşirkəti» maliyyə hesabatlarını təqdim etməli olan 27 ictimai önəmli qurumdan biridir, amma qanunvericiliyin tələblərinə məhəl qoymadan maliyyə məlumatlarını gizlədir.

Hava nəqliyyatı sahəsində fəaliyyət göstərən, adı AZAL-ın prezidenti Cahangir Əsgərovun ailə üzvlərinin adları ilə birgə hallandırılan «Silk Way Aviaşirkəti» MMC Azərbaycanda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan 27 ictimai önəmli qurumdan biridir. Elə bu şirkət də qanunvericiliyin tələblərinə məhəl qoymadan maliyyə məlumatlarını gizlədir.

AzadlıqRadiosunun sorğusu cavabsız qalır

Maliyyə hesabatlarının açıqlanmasına Maliyyə Nazirliyi nəzarət edir. Amma necə? Nazirlik şirkətlərin maliyyə hesabatlılığına dair AzadlıqRadiosu-nun sorğusunu hələ də cavabsız qoyur və sözügedən kommersiya qurumlarına hesabatlarını açıqlamadıqları üçün maliyyə sanktsiyası tətbiq edib-etmədiyini açıqlamır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hava nəqliyyatında, biri dövlət, üçün qeyri-dövlət qurumu olmaqla, 4 müəssisə fəaliyyət göstərir.

Bunlar AZAL, «Silk Way Aviaşirkəti», «Silk Way West Aviaşirkəti» və «Silk Way Business Aviation» şirkətləridir. Son 3 şirkət «Silk Way Holding» Şirkətlər Qrupuna daxildir. Bunlardan ikisi beynəlxalq yükdaşımalarla məşğuldur.

2014-2015-ci illərdə aviaşirkətlərin gəlir və xərcləri:

Göstəricilərin adı

Ölçü

vahidi

2014-cü
il

2015-ci
il

2015-ci
ildə
2014-cü
ilə
nisbətən,
%

Sərnişin
daşınması, cəmi

min
sərnişin

1787,8

1818,0

101,7

o cümlədən:

beynəlxalq

min
sərnişin

1235,7

1283,9

103,9

respublika daxili

min
sərnişin

552,1

534,1

96,7

Yük
daşınmasından
əldə olunan gəlir

min
manat

539195,6

531151,2

98,5

Sərnişin
daşınmasından
əldə olunan gəlir

min
manat

298623,7

296906,6

99,4

Yük daşınmasına
çəkilən xərclər

min
manat

455603,2

448754,5

98,5

Sərnişin
daşınmasına
çəkilən xərclər

min
manat

314617,7

361667,0

115,0

Aviaşirkətlərin DSK-ya təqdim etdikləri məlumatlarda deyilir ki, ötən il daha bir il əvvəllə müqayisədə sərnişin daşımaları 1,7 faiz artaraq, 1 milyon 818 min nəfərə çatıb. Bu, müstəqillik illəri tarixində elə əvvəlki illərlə müqayisədə də ən yüksək göstəricidir.

Üç özəl şirkət sərnişinlərin heç yarım faizini də daşımır

Təqdim olunan məlumatlardan o da görünür ki, özəl bölmənin («Silk Vey Business Aviation» MMC) sərnişindaşımada payı yarım faizə güclə çatır. Yəni əsas «yük» AZAL təyyarələrinin mühərriklərinə düşür.

Göstəricilərə inansaq, sərnişin daşınmasında qazanc yoxdur. 2015-ci ildə sərnişin daşınmasından gəlirlər artmaq əvəzinə, bir az da aşağı düşüb. DSK-nın məlumatına görə, ötən il sərnişinlərin bilet alışından aviaşirkətlər 296,9 milyon manat gəlir götürüblər. Bu da bir il əvvəlkindən 1,7 milyon manat azdır.

Sərnişin daşınmasına çəkilən xərclər 2014-cü illə müqayisədə 15 faiz artıb və 361,6 milyon manata çatıb. Beləliklə, əgər 2014-cü ildə sərnişin daşımaları üzrə illik zərər 16 milyon manat idisə, 2015-ci ildə zərər 4 dəfə artaraq, 64,7 milyon manata yüksəlib.

Hər sərnişin 36 manat 60 qəpik ziyana salır

Bir sərnişinin daşınmasına 198,9 manat xərc çəkilib, əvəzində bir biletdən, orta hesabla, 163,3 manat gəlir götürülüb. Xərclərin tərkibi açıqlanmadığından sərnişinlərin AZAL-ı niyə ziyana salması qaranlıq qalır.

Bəs sərnişinlər haradan haraya uçublar? Əsasən, ölkə xaricinə. 2015-ci ildə yerli aviaşirkətlərin xidmətindən yararlanmaqla xaricə səfər edən və geri qayıdan sərnişinlərin sayı 3,9 faiz artaraq 1 milyon 283,9 min nəfər olub. Ölkə daxilində (Naxçıvan, Gəncə, Lənkəran) səyahət edən 534,1 min nəfər olub ki, bu da 2014-cü ilə nisbətən 3,3 faiz azdır.

Bilet baha, xidmət qeyri-şəffaf

Ötən il yük daşımalarından gəlirlərin azalması (1,5 faiz) xərclərin enişinə mütənasib olub.

DSK-nın AzadlıqRadiosuna təqdim etdiyi məlumata görə, yük daşıyıcıları 531,1 milyon manat gəlirə qarşı 448,7 milyon manat xərc çəkiblər. Mənfəət 82,4 milyon manat olub. 2014-cü ildə isə mənfəət bundan 1,2 milyon manat çox idi.

Azərbaycan aviaşirkətləri xarici rəqiblərindən yenə təkcə baha qiymətləri ilə deyil, həm də qeyri-şəffaf fəaliyyətləriylə seçilirlər.

XS
SM
MD
LG