Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:50

AZAL aşağı büdcəli brend yaradıb


AZAL
AZAL

-

AZAL aşağı büdcəli istiqamətlər üzrə uçuşları yerinə yetirəcək yeni AZALJET brendinin yaradılmasına dair planlarını elan edib. AZALJET brendi altında uçuşlar bu il martın 28-dən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək.

AzadlıqRadiosu AZAL-ın saytına istinadən bildirir ki, AZALJET-də baqajın daşınması və bortda qidalanma əlavə ödəniş müqabilində təklif olunacaq. Belə təcrübə 2015-ci ilin avqustundan qismən, 2016-cı il fevralın 1-dən isə tam miqyasda AZAL-ın bir sıra aviareyslərində artıq tətbiq olunub.

AZAL aşağı büdcəli brendi tam formalaşdırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.

«Bu biznes-model müəyyən xidmətlərə qənaət edilməsini nəzərdə tutur. Bu da, klassik aviaşirkətlər ilə müqayisədə qiyməti xeyli aşağı salmağa imkan verir. Bununla yanaşı, biz Azərbaycanın milli aviadaşıyıcısının bütün reyslərində əvvəlki kimi təhlükəsizliyə və xidmətin yüksək səviyyəsinə zəmanət veririk» - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Azərbaycanın regionlarına «Türk Hava Yolları»nın aşağı büdcəli brendi olan «Anadolu Jet» artıq uçuşlar yerinə yetirir. Martın sonunda isə Macarıstanın «WizzAir» şirkəti Bakıdan Budapeştə uçuşları bərpa edəcək.

XS
SM
MD
LG