Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:29

Cahangir Əsgərova hökumətlərarası saziş imzalamaq səlahiyyətini kim verib?


Cahangir Əsgərov
Cahangir Əsgərov

«Azərbaycan Hava Yolları» (AZAL) QSC-nin prezidenti Cahangir ƏsgərovCibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf mülki aviasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası saziş imzalayıblar.

Maraqlıdır ki, Nazirlər Kabinetinin 30 aprel 2008-ci il tarixli qərarı ilə təsdiqlənən nizamnamədə AZAL prezidentinə belə bir səlahiyyət verilməyib.

Fevralın 24-də Bakıda «Azərbaycan Hava Yolları» (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf mülki aviasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası saziş imzalayıblar.

Buna da bax:​ AZALJet Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır

AZAL "Silk Way" üçün çalışır?

AZAL-ın mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, martın sonu və ya aprelin əvvəlində Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımalarına başlamaq planlaşdırılır. Əldə olunmuş razılaşmaya görə, ilk reyslə Azərbaycan istehsalçılarının «Made in Azerbaijan» brendi altında 30 tonadək məhsulu göndəriləcək.

Maraqlıdır ki, AZAL-ın özü yükdaşımalarla məşğul olmur. Ölkədə kommersiya yüklərinin daşınması «Silk Way Holding» şirkətlər qrupuna daxil aviaşirkətlərin inhisarındadır. Qrupun Azərbaycanda qeydiyyatdan keçmiş və beynəlxalq yükdaşımaları ilə məşğul olan 3 aviaşirkəti var.

Buna da bax: Azərbaycanda yeni aviaşirkət yarandı

Dövlət adından o danışa bilər

Diqqət çəkən digər məqamsa Azərbaycan dövləti adından hökumətlərarası sazişin imzalanması səlahiyyəti ilə bağlıdır.

Nazirlər Kabinetinin 30 aprel 2008-ci il tarixli qərarı ilə təsdiqlənən nizamnamədə AZAL prezidentinə belə bir səlahiyyət verilməyib.

Əslində, bu səlahiyyət Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına məxsusdur. 2007-ci aprelin 20-də təsdiqlənmiş əsasnamədə bu qurumun vəzifələri arasında aşağıdakı da qeyd olunub:

Buna da bax:​ 'Silk Way'in daşımaları xeyli artıb

«Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, müvafiq sahəyə aid beynəlxalq müqavilələr üzrə danışıqlar aparmaq, onları müəyyən edilmiş qaydada imzalamaq və həmin beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək».

Sənədlərdə Administrasiya AZAL-a da nəzarət edir

Azərbaycan Hava Yolları QSC-nin yaradılması haqqında fərmanda Dövlət Mülki Aviasiya Administrasiyasına AZAL-ın fəaliyyətinə dövlət nəzarətini gerçəkləşdirmək, onun illik hesabat və mühasibat balanslarını qəbul etmək, aviaşirkətin xalis aktivlərini dəyərinin 25 faizini aşan məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq vermək və digər səlahiyyətlər verilmişdi.

İş saatı olmadığından, AZAL-ın mətbuat xidməti bu məsələyə aydınlıq gətirə bilməyəcəyini bildirib.

XS
SM
MD
LG