Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:26

Vəkil: ‘Azər Qasımlı 30 sutkalıq həbs edildi’


Azər Qasımlı
Azər Qasımlı

Bu gün, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyasının təmsilçisi Azər Qasımlıya 30 sutka həbs verilib.

Bu barədə jurnalistlərə vəkil Elçin Sadıqov məlumat verib:

“Məhkəmədə o polisə tabe olmamaqda günahlandırıldı. Polisin iddasına görə, O küçədə ünvansız söyüşlər söyüb. Azər Qasımlı ittihamı qəbul etmədi. O, hesab edir ki, inzibati qaydada həbsi dünən, mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə yürüş keçirmələri ilə bağlıdır.”

***

Bundan əvvəl REAL Partiyasının təmsilçisi Azər Qasımlının Yasamal Rayon Məhkəməsində olduğu bildirilirdi.

Bu haqda AzadlıqRadiosuna REAL Partiyasindan Xalid Bağırov məlumat verib.

Xalid Bagırovun sözlərinə görə, mayın 29-da günün birinci yarısında REAL Partiyasinin ofisinə mülki geyimli polislər gəlib.

O vurğulayıb ki, Azər Qasımlını soruşan polislər daha sonra onun anasıgilə yollanıblar:

“Az’r Qasımlı anasıgildə yaşamadığından onunla telefonla əlaqə saxlanıb və o? Baş Prokurorluga dəvət edilib”

Xalid Bagırov deyib ki, prokurorlu]a Azər Qasımlı ilə birlikdə gedib, lakin onu prokurorluğa buraxmayıblar.

Partiyadaşının qeyd etməsinə görə, Azər Qasımlı yarım saatadək baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olub. Ardınca REAL təmsilçisinin Yasamal Rayon Polis İdarəsinə, ordan da məhkəməyə aparıldığı qeyd edilir.

Məhkəməyə aparılması əsnasında Xalid Bağırov Azər Qasımovla söhbətləşə bildiyini deyir. Onun sözlərinə görə, inzibati pozuntuda günahlandırıldığını deyən Azər Qasımlı bildirib ki, polis idarəsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasında protokol tərtib edilib.

Xalıd Bağırov həmçinin deyib ki, Azər Qasımlı Landau küçəsində polis işçisinə müqavimət göstərməkdə günahlandırıldığını söyləyib

Azər Qasımlının hazırda Yasamal Rayon Məhkəməsində olduğu söylənir. Verilən məlumata görə, məhkəmənin qarşısına toplaşan hüquq müdafiəçiləri, REAL üzvləri binaya buraxılmayıb.

Azər Qasımlının vəkilinin Fuad Agayev olduğu bildirilir.

İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi iki yüz manat məbləğində cərimə və ya bir ayadək müddətdə inzibati həbs cəzası nəzərdə tutur.

Xatırlatma

Dünən, mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib. Tədbirin əsas idarəedicilərindən birinin Azər Qasımlı olduğu deyilir.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

XS
SM
MD
LG