Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:21

Azərbaycan Aİ-ni uzunmüddətli qaz sazişləri bağlamadığına görə tənqid edir


Azərbaycan Bolqarıstana əlavə qaz verə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Azərbaycan Bolqarıstana əlavə qaz verə bilərmi? (2022)

Azərbaycan Avropa İttifaqını ölkəyə "yanğınsöndürən" kimi yanaşmaqda, yalnız qısamüddətli qaz sazişləri bağlamaqda, ölkənin bloka yanacaq ixracını artırmasını istəməkdə ittiham edir.

Bu barədə "The Financial Times" qəzetinə Azərbaycanın Aİ-dəki səfiri Vaqif Sadıqov danışıb. O deyib ki, Xəzər dənizində qaz hasilatını artırmaq, Aİ-nin əlavə tələbatını ödəməkdən ötrü maliyyə əldə etmək üçün Bakı uzunmüddətli kontraktlar sarıdan əmin olmalıdır.

"Biz üç aydan altı ayadək qaz göndərən yanğınsöndürən ola bilmərik. Bizə kontraktlar lazımdır ki, banklara gedib Xəzər dənizində daha dərin qazma üçün maliyyə istəyək", -- Sadıqov vurğulayıb.

Kommersiya sazişlərini şirkətlər bağlayır

2022-ci ildə Brüssel və Bakı 2027-ci ilədək Azərbaycandan Aİ-yə illik qaz ixracını 20 milyard kubmetrə çatdırmaqla bağlı saziş imzalayıblar. Ötən il ixracat 11.8 milyard kubmetr olub. Bu arada blok Ukraynanı işğal edən Rusiya qazından asılılığını azaltmağa çalışır.

Sadıqov FT-yə deyib ki, sözügedən hədəfə çatmaqla bağlı Avropa Komissiyası ilə "dərin" müzakirələr aparılmasına baxmayaraq, Aİ operatorları uzunmüddətli kontraktlar imzalamağa könülsüz yanaşır, çünki blok 2050-ci iləcən karbohidrogen yanacağından istifadəni məhdudlaşdırmaq, sıfır istixana qaz emissiyaları hədəfinə çatmaq istəyir.

Aİ rəsmiləri isə kommersiya sazişlərini milli hökumətlərin deyil, şirkətlərin bağladığını bildirir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Aİ ölkələrinə 6.4 milyard kubmetr qaz ixrac edib. Prezident İlham Əliyev ötən həftə deyib ki, bu il Aİ-yə ixrac 13 milyard kubmetrə çatdırılacaq.

Qəzetə danışan Aİ rəsmisi isə bildirib ki, blok Azərbaycana çox maraqlı bazar təklif edir, amma onu maliyyələşdirə bilmir. Mövcud qaydalar Aİ büdcəsinin mədən yanacağı infrastrukturuna xərclənməsinin qarşısını alır.

Azərbaycanın Avropaya verməyə nə qədər qazı var? (EKSPLEYNER)
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

Rusiya ilə danışıqlar aparılır

Bu arada Azərbaycan Avropaya Ukrayna vasitəsilə də qaz çatdıra bilər. Bu ilin sonunda Ukrayna ilə Rusiya arasında sazişin müddəti başa çatır. Prezident Əliyev həftəsonu Şuşada keçirilən media tədbirində deyib ki, Ukrayna və Aİ bu müqavilənin uzadılmasında yardımçı olmaq üçün Bakıya müraciət edib. O, Rusiya ilə bu baxımdan danışıqlar aparıldığını deyib: "Hesab edirəm ki, bu müqavilənin uzadılması mümkündür. Bu, Rusiya üçün də faydalı olacaq, çünki o istiqamətdə 50 milyard kubmetrdən artıq premium bazarında satılacaq qazı var".

Prezident Əliyev bir müddət öncə Azərbaycanın Rusiya qazını satmaqda ittiham olunmasını "yalan xəbər" adlandırıb. O deyib ki, bazarlarda qiymət çox yüksək olanda Rusiya qazının qiyməti daha münasib idi, tamamilə kommersiya prinsipli biznes sazişi imzalanıb: "Dediyim kimi, biz 25 milyard kubmetr ixrac edirik, yalnız 1 milyardı idxal etmişik. Yəni, burada Rusiya qazının ixracı üçün hər hansı bir kanal olmaqda ittiham edilməmiz çox yanlış və, necə deyərlər, "feyk" xəbərdir".

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayıb. Bunun ardınca ABŞ, Aİ Moskvaya sərt sanksiyalar tətbiq edib.

Rusiya qazının Avropaya Ukrayna ərazisi ilə tranzitinə dair razılaşma 2019-cu ildə imzalanıb. Bu qazın əsas alıcıları Slovakiya və Avstriyadır. Ukrayna Rusiyanın "Gazprom" şirkəti ilə hər hansı razılaşma imzalamaqdan qəti imtina edir.

XS
SM
MD
LG