Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:23

'Almaniya ilə heç-heçə Azərbaycana uğur sayıla bilər'


Almaniya-Azərbaycan oyunu. 2010.
Almaniya-Azərbaycan oyunu. 2010.

Dünya Çempionatı-2018-in seçmə mərhələsində martın 26-sı, saat 20:00 Bakıda, Tofiq Bəhramov adına stadionunda Azərbaycan – Almaniya qarşılaşması olacaq.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından verilən xəbərə görə, təqribən 3 min bilet satılmamış qalıb.

Futbol mütəxəssisi Mahir Rüstəmli AzadlıqRadiosuna müsahibəsində bu oyunla bağlı təxminlərini dilə gətirib.

O deyib ki, hazırda Almaniya yığması dünyanın ən güclü milli komandalarındandır: «Amma bu da var ki, futbolda sürprizlərə həmişə yer olur. Biz doğma divarlar arasında oynayırıq, Azərbaycan komandası isə güclü azarkeş dəstəyinə reaksiya verən bir komandadır. Daha bir cəhət var ki, Almaniya komandasında heyət baxımından itkilər var. Bu da bir qədər üstünlük yaradan məqamdır».

M.Rüstəmli hesab edir ki, oyun heç-heçə başa çatarsa, bu, Azərbaycandan ötrü böyük uğur sayıla bilər. Onun deməsinə görə, güclü Almaniya qarşısında hətta kiçikhesablı məğlubiyyətə görə yığmanı qınamağa dəyməz: «İrihesablı məğlubiyyət Azərbaycan yığmasını ruhdan sala bilər. Belə bir təhlükə də var. Amma ümid edək ki, hər şey komandamızdan ötrü yaxşı sonluqla başa çatacaq».

XATIRLATMA

Azərbaycan Almaniya ilə oyuna qədər qrupda 4 oyun keçirərək 7 xal toplayıb. Qrupda üçüncü yerdə qərarlaşıb.

İkinci yerdəki Şimali İrlandiyanın da 7 xalı var. Dördüncü yerdəki Çexiya millisinin 5, Norveç yığmasının isə 3 xalı var. Qrupda sonuncu yerdə qərarlaşan San-Marino yığmasının bir xalı belə yoxdur.

Almaniya yığması isə qrupda keçirdiyi 4 oyundan maksimum xal toplayaraq liderliyini sürdürür.

XS
SM
MD
LG