Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:48

2022-ci ilin budcəsində artan və azalanlar 


Azərbaycan parlamenti
Azərbaycan parlamenti

Proqnoza əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olmalıdır. 2021 ildə müvafiq xərclərlə müqaisədə bu 86 mln  manatdan bir qədər çox azdır.

2022 ilin büdcəsində təhsil, səhiyə və hüquq-mühafizə sahələrinin maliyyələşməsində artım gözlənilir. Bununla bağlı Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı layihədə bildirilir.Əvəzində Müdafiə və təhlükəsizlik sahəsinin xərclərı azalıb.Üstəlik, sosial müdafiə və sosial təminat üzrə ayrılan xərclərdə də azalma görünür.

Azalanlar...

Proqnoza əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olmalıdır. 2021 ildə müvafiq xərclərlə müqaisədə bu 86 mln manatdan bir qədər çox azdır. 2021-ci il dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri təqribən 4 milyard 586 milyon manata yaxın nəzərdə tutulurdu.

Gələn ilin budcəsində layihəyə görə, sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 584 milyon 408 min manat olmalıdır.Hlbuki, bu il həmin rəqəmin 3 692 746 545 olduğu açıqlanmışdı.

Artanlar

Gələn il dövlət büdcəsinin 8.38 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərclərinə ayrılmalıdır.

2021 ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanların maliyyələşməsinə 2 mlrd. 92 mln. 827 min 281 manat ayrılması nəzərdə tutulub. 2022 ildə layihəyə görə, həmin məqsədə 2 mlrd. 428 mln. 367.1 min manat vəsait ayrıla bilər.

Gələn il habelə təhsil sektorunda 3 milyard 740 milyon 45 min manat vəsait proqnozlaşdırılıb. 2021-ci ilin təsdiq edilmiş büdcəsində isə eyni məqsədə 3 277 655 549 manat ayrılması nəzərdə tutulub.

Bu il səhiyə sistemində isə 1 mlrd 409 mln 546 manat xərclənməsi planlaşdırılmışdır. Gələn il üçün büdcə proqnozuna əsasən, səhiyyə xərcləri 1 milyard 443 milyon 373,1 min manat olmalıdır.

Xatırlatma

Azərbaycan Maliyyə Nazirliyi sentyabnrın 8-də 2022-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərini açıqlayıb.
Nazirliyin layihə ilə bağlı verdiyi məlumata görə, dövlət büdcəsinin gəlirləri 26 407 mln. manat proqnozlaşdırılır. Bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur.

2022-ci ildə dövlət büdcəsinin xərcləri isə 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artırılaraq 28 974 mln. manat proqnozlaşdırılıb.

Lyihədə gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti isə 45 ABŞ dollarına bərabər götürülüb.Bu il bu məbləğ 40 dollardır. Hazırda Azərbaycan neftinin bir bareli 70 dollardan baha satılır.

XS
SM
MD
LG