İcra başçılarının neçə yaşı var?
Bakının icra başçısı Hacıbala Abutalıbovla Tovuzun icra başçısı Tofiq Zeynalov 72 yaşının içindədir . Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev isə 70 yaşındadır.
Mübariz Əhmədovun (Zaqatala) 69 yaşı var. Alı Qocayev də (Samux) bu il 69 yaşını tamamlayacaq.
Milli Məclis torpaqların qanunsuz tutulmasına görə, cəzaları sərtləşdirir
Martın 30-da parlamentin Aqrar siyasət komitəsi bununla bağlı təklifləri müzakirə edib.
Ə.Əylislinin oğlu: "...uydurmadır.."
“Aeroportda Ə.Əylisli ilə sərhəd xidməti əməkdaşları arasında münaqişə yaşanması haqda yayılan xəbərlərin heç bi əsası yoxdur”. Bunu Azadlıq Radiosuna Əkrəm Əylislinin oğlu Nəcəf Naibov söyləyib. O, bu barədə deyilənləri uydurma adlandırıb: “Atamla sərhəd xidməti əməkdaşları arasında hər hansı insident yaşanmayıb. Əksinə atamın buraxılmayacağı məlum olandan sonra, xidmətin əməkdaşları ilə söhbəti olub. Daha sonra polislər , atamı indi saxlandığı polis bölməsinə gətiriblər ”.
N.Naibov qeyd edib ki, səhər saat 9 radələrindən yazıçı bölmədədır və hələ də buraxılmayıb.
Əkrəm Əylislinin oğlu deyir ki, 78 yaşlı ağsaqqal nə münaqişə edə bilər?
Yazıçı Əkrəm Əylisli hazırda Hava Nəqliyyatındakı Polis İdarəsindədir. Bu haqda AzadlıqRadiosuna yazıçının oğlu Nəcəf Naibov məlumat verib.
Daxili İşlər Nazirliyi yazıçının aeroportda buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığına görə saxlandığını bildirib. Nəcəf Naibov bununla bağlı deyib: “78 yaşlı ağsaqqal adam nə münaqişə edə bilər ki?”
Daxili İşlər Nazirliyinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, hazırda münaqişə ilə bağlı araşdırma aparılır.