Keçid linkləri

2025, 08 Yanvar, çərşənbə, Bakı vaxtı 08:52
2 aprel cəbhə bölgəsi
2 aprel cəbhə bölgəsi

AzadlıqLive -Azərbaycanı ittiham etdilər

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

12:40 1.4.2016

«Prezidentimiz Amerikada vacib şəxsiyyət kimi qəbul olunduğu bir vaxtda onlarla siyasi məhbus ölkə həbsxanalarında yatır».

«The Guardian» qəzeti bu yaxınlarda azadlığa buraxılmış 3 keçmiş «siyasi məhbus»un məqaləsini dərc edib. Müəlliflər hüquqşünas İntiqam Əliyev, insan haqları fəalı Rəsul Cəfərov və seçkiləri monitorinq edən təşkilatın rəhbəri Anar Məmmədlidir.

12:38 1.4.2016

Orda tısbağanın da qeydinə qalırlar

Nəsli kəsilməkdə olan iki tısbağa reabilitasiya üçün San-Dieqodakı təbiət qoruğuna gətiriliblər. Şimşək və İldırım adlı tısbağalar, “Zeytun tısbağalar” növündəndir.

Don vurmuş tısbağalar müalicə olunur
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

12:36 1.4.2016

AzTV vs Qulu Məhərəmli

AzTV-nin sədri Arif Alışanovla uzun illər bu telekanalda çalışmış telejurnalist Qulu Məhərrəmli arasında məhkəmə çəkişməsi başlayıb. Q.Məhərrəmlinin CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Arif Alışanovun iddiası əsasında aprelin 1-də Yasamal Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

Qulu Məhərrəmliyə qarşı məhkəmə işi başlanıb
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

12:33 1.4.2016

Dükan da borcunu dollarla istəyir...

«Antikollektor» MMC-nin rəhbəri Əkrəm Həsənov AzadlıqRadiosuna deyir ki, müraciət edənlərin hamısı təkcə banklara kredit borcları ilə bağlı deyil. Onların sırasında lombardlara, nisyə mal götürərək dükanlara borclu olanlar da var: «Təsəvvür edirsən, insan nisyə mal götürüb, mağaza həmin pulun dollarla qaytarılmasını tələb edir. Ortada belə faktlar var».

Davamı

XS
SM
MD
LG