iPhone-nun şifrəsini "sındıra" bildilər
ABŞ Federal Təhqiqatlar Bürosunun FBİ (FTB) xəfiyyələri ötən dekabrda San Bernardinoda öldürülmüş şübhəlinin telefonunun şifrəsini Apple şirkətinin yardımı olmadan “sındıra” biliblər.
"Hakimiyyətin şilləvuranı"
"Ölkədə müstəqil məhkəmə sistemi yoxdur, hüquq-mühafizə orqanları hakimiyyətin “şilləvuranı” rolunda qalmaqda davam edir" - bunu azadlıqda ilk müsahibəsini AzadlıqRadiosuna verən İntiqam Əliyev deyib
Təyyarəni qaçıran professor çıxdı
Misir təyyarəsini qaçıran İbrahim Samaha , "Al Ahram " qəzetinin yazdığına görə, professordur, Bir məlumata görə Misirin İsgəndəriyyə, digər məlumata görə, ABŞ-ın Atlanta Universitetində veterinar tibbdən dərs deyir. ABŞ vətəndaşlığı var.
O, üstündə bomba olduğunu deyərək təyyarəni təkbaşına qaçırıb.
Kiprdə onun keçmiş həyat yoldaşı yaşayır və Samaha onunla görüşmək istəyir. Hazırda onun keçmiş xanımını təyyarənin yanına aparırlar. Al Ahram qəzeti Misirin təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadla bunları yazıb.
Misir XİN əməkdaşı: "O, axmaqdır"
Misir Xarici İşlər Nazirliyinin işçisi Guardian qəzetinə deyib ki, “İbrahim Samaha terrorçu deyil, axmaqdır. Bu adamdan fərqli olaraq terrorçular dəli olsalar da, gic deyillər”.