Əkrəm Əylisi aeroportda dava salıb?
Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin aeroportda hansı səbəbdən saxlanılmasına aydınlıq gətirib. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında Əkrəm Əylislinin saxlanılmasını təsdiqləyib. O bildirib ki, Ə.Əylisli hava limanının buraxılış məntəqəsində aeroport əməkdaşları ilə münaqişə yaratdığı üçün saxlanılıb. Araşdırma aparılır.
HRW : “Hökumət bu qapını bir də açmalıdır”
Hüquq müdafiə təşkilatı ABŞ rəsmilərinə çağırış etdi: “ABŞ rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı onu günahsız yerə həbsdə yatan hökumət tənqidçilərini və siyasi fəalları azadlığa buraxmağa çağırmalıdır”. Bu bəyanatla martın 30-da Human Rights Watch hüquq müdafiə təşkilatı çıxış edib. “Onlar Əliyevi bu yaxınlarda həbsdən buraxılmış fəallara qadağaları götürməyə, fundamental azadlıqları ciddi şəkildə məhdudlaşdıran qanunları dəyişməyə çağırmalıdırlar”.
Buraxmaq buraxmaqdırsa, AXCP-nin xəstə üzvləri niyə buraxılmır?
«Həbsxanada adamın vəziyyəti necə olar? Oğlumun ayağı xəstədir. Vəziyyəti çətindir. Şərləyib günahsız yerə tutdular. Xalqı, milləti üçün demokratiya istəyirdi də, başqa bir şey istəmirdi ki?».
Bunu hazırda həbsdə olan 11 AXCP fəalından birinin, Qarabağ müharibəsi əlili Asif Yusiflinin anası Sədaqət Yusifli deyir. Ətraflı axşam saat 8-də AzadlıqLive-da Radioda
Bakını niyə su basdı?
Martın 29-a keçən gecə Bakıya dörd saat yağan yağış paytaxtın demək olar ki, əsas hissələrində yolları keçilməz edib. "Azərsu"nun “Bakı Sukanal” İdarəsinin rəis müavini Əlizadə Nəsirov subasmanın səbəbini belə izah edir. Ətraflı axşam saat 8-də Azadlıqlİve-da Radioda