Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:03
Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gərginlik və atışmalar müşahidə olunur. Bütün atəşkəs pozuntusunda tərəflər bir-birini ittiham edir. Ermənistan iddia edir ki, Azərbaycanı sərhədlərini pozub müəyyən ərazilərini tutub. Azərbaycan isə öz növbəsində bildirir ki, sadəcə, 30 il ərzində işğal altında olan ərazilərinə qayıtmaqla Ermənistan sərhədinə çıxıb.

Atəşkəsin yenə pozulduğu deyilir

Azərbaycanın Müdafiə Nazirliyi Naxçıvan və Gədəbəy istiqamətində mövqelərinin yenidən atəşə tutulduğunu bildirir.

Bu barədə nazirliyin avqustun 12 -i gecə saatlarında yaydığı məlumatda bildirilir.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 12-si saat 17:40-dan 20:55-dək müxtəlif mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini iriçaplı silahlardan, həmçinin snayper tüfənglərindən atəşə tutub.

Nazirlik əlavə edir ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Ermənistan da atəşə məruz qaldığını bildirir

Ermənistan Müdafiə Nazirliyi də, öz növbəsində, bəyan edib ki, avqustun 12-də saat 17:20 radələrində Azərbaycan silahlı qüvvələri növbəti dəfə onların Еrаsх (Naxçıvan istiqamətində) məntəqəsində yerləşən mövqelərinə atəş açıb. Qurum vurğulayır ki, cavab atəşindən sonra vəziyyət stabilləşib, onlardan xəsarət alan olmayıb.

Azərbaycan Gədəbəy və Kəlbəcərin vurulduğunu deyir

Azərbaycan bildirir ki, Ermənistan silahlı qüvvələri iki rayonda mövqelərini atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi avqustun 12 -də məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.

Qarabağda son olaylara Moskva və Ankaradan ekspert baxışları
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Azərbaycan Naxçıvan və Gədəbəydə mövqelərinin vurulduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyi ( MN) bildirir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub.

Bununla bağlı nazirlik avqustun 11-i gecə saatlarında məlumat yayıb.

Məlumata görə, avqustun 11-i saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan, o cümlədən snayperlərlə atəşə tutub. "Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur", - məlumatda qeyd edilir.

Nazirlik habelə vurğulayıb ki, qarşı tərəfə cavab verilib.

Davamı

XS
SM
MD
LG