Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:07

Richard Kauzlarich: ‘Azərbaycan 40-cı illərin Argentinasını xatırladır’


Richard Kauzlarich.
Richard Kauzlarich.

“Mehriban Əliyevanın Azərbaycanın vitse-prezidenti təyin olunması ABŞ-da siyasətçilərin və ekspertlərin böyük diqqətini cəlb edib. Onlar Bakının xarici siyasətinin bundan sonra necə inkişaf edəcəyi, xüsusən, bunun Vaşinqtonla münasibətlərə necə təsir edəcəyi barədə suala cavab tapmağa çalışırlar”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich “Turan” Agentliyinin müxbirinə açıqlamasında belə deyib.

Buna da bax:​ 'Məmləkət atasının malıydı. Arvadının adına rəsmiləşdirdi'

“Bakıda hakimiyyət referendum keçirilməsi qərarını elan etdikdə təklif olunan dəyişikliklər prezidentin həyat yoldaşının vitse-prezident təyin edilməsini təbii edirdi. Bizim ölkəmizdə prezident Kennedi-nin qardaşının baş prokuror təyin edildiyi və prezidentin müşaviri kimi böyük rol oynadığı hal olub. Ya da Hillary Clinton prezident Clinton-un ilk administrasiyası zamanı səhiyyədə müəyyən rol oynayıb. Bütün bunlara rəğmən, Mehriban Əliyevanın təyin edilməsi mənə yalnız Juan Peron-un prezidentliyinin son dövründə həyat yoldaşı Evita-nı vitse-prezident təyin etdiyi Argentinanı xatırladır”, deyə Kauzlarich bildirib.

Azərbaycan getdikcə ailə monarxiyasını xatırladacaq

Onun fikrincə, Azərbaycan getdikcə daha çox bir ailə üzvlərinin hökumətdə mühüm mövqeləri tutduğu monarxiyanı xatırladır.

Buna da bax: 1-ci Vitse-prezident hansı işləri görməlidir?

“Mən demokratiyanın gələcəyindən nigaranam. Çünki bu, 25 il əvvəl bizim böyük ümid bəslədiyimiz xalqın daha geniş iştirakı və demokratiya imkanları istiqamətində atılmış addım deyil”, deyə o qeyd edib.

İnsan hüquq və azadlıqlarının pozulmasına görə kəskin tənqid fonunda M.Əliyevanın təyinatının Azərbaycanın beynəlxalq imicinə təsirinə gəlincə Kauzlarich deyib ki, Mehriban Əliyevanın "fərqli obrazı" var.

“Mehriban Əliyevanın ənənəvi siyasətçiyə oxşamayan fərqli obrazı var”

“Mən Bakıda səfir olarkən həyat yoldaşım Enn Mehribanla birlikdə "Azərbaycan mədəniyyətinin dostları" qrupunu təşkil etmişdi. Beləliklə, onun prezident sarayından və ya Milli Məclisdən ənənəvi siyasətçiyə oxşamayan fərqli obrazı var. Amma təkcə bu, ölkənin imicinə kömək etmir, çünki sürgündə olanların ailələrinin təqibi davam edir. Onların qohumları polisdə döyülür və həbs olunur. 2014-cü ilin dekabrında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbi kəskin tənqid edən məşhur məqalə dərc etdirmişdi. Mənə o vaxt, artıq aydın idi ki, hakim rejim Qərbdə və ABŞ-da nə düşünüldüyü ilə maraqlanmır. O, təəssüf ki, daha avtoritar rejimi ortaya çıxaran yolla gedəcək”.

Buna da bax:​ Richard Kauzlarich: 'Azərbaycanda səfir olduğum müddətdə…'

Bunun ABŞ-da yeni administrasiyanın gəldiyi vaxt baş verməsi təsadüfi deyil

Qərbdən vitse-prezident təyinatına tənqid eşidilməməsinin səbəbləri haqda da danışan sabiq səfir bildirib ki, bunun məhz indi - ABŞ-da yeni administrasiyanın gəlişi vaxt baş verməsinin təsadüfi olduğunu düşünmür.

“Zənnimcə, indi İlham Əliyev özünü daha yaxşı hiss edir və başa düşür ki, belə bir təyinat ABŞ-ın tənqidi ilə qarşılaşmayacaq. O, hakimiyyətin Trump administrasiyasının insan hüquqları və demokratiya məsələləri ilə Obama administrasiyasından daha az maraqlanacağını güman edir”, deyən Kauzlarich Trump administrasiyasının insan hüquqlarının pozulmasına uzun müddət göz yumacağını düşünmür.

Buna da bax: Trump Azərbaycandakı layihələrə son qoyur

“Bakıda Trump komandasının Obama komandasından çox fərqlənəcəyini düşünərək, çox tez seviniblər ”, o, əlavə edib.

XS
SM
MD
LG