Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:03

Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxdımı?


Bakıda neft mancanağı , 19 iyul 2015
Bakıda neft mancanağı , 19 iyul 2015

Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində ölkə iqtisadiyyatı ilə bağlı müxtəlif rəqəmlər səsləndirib. Altı ayın nəticələrinindən danışan dövlət başçısı ölkə iqtisadiyyatının tənəzzüldən çıxdığını bildirib.

Prezident İlham Əliyev bu həftə Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində altı ayın yekunlarını əsas götürərək ölkə iqtisadiyyatının 2 faiz artdığını qeyd etdi. “Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb”, dövlət başçısı belə dedi.

O, dünya ölkələrinin böyük əksəriyyətində hələ iqtisadi tənəzzülün olduğunu vurğulayaraq deyib ki, Azərbaycan iqtisadiyyatı artır:

“Əminəm ki, ilin sonuna qədər daha da artacaq”.

Ancaq dövlət başçısı sənaye istehsalının 0.3 faiz azaldığını da vurğulayıb və bunun əsas səbəbini neft hasilatı ilə əlaqələndirib.

Prezidentin iqtisadiyyatın tənəzzüldən çıxması və sənaye istehsalının 0.3 faiz azalması barədə söylədikləri ilə bğlı iqtisadçılara üz tutduq.

Milli Məclisin deputatı Vüqar Bayramov-un qənaətincə, cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında qeydə alınan artım qeyri-neft sektoru hesabına baş verib:

“Praktik olaraq rəqəmlərin müqayisəsi göstərir ki,… ”

“Bu dövrdə qeyri-neft sektorunda 5.1 faiz artım qeydə alınıb, neft-qaz sektorunda, 4.7 faiz azalma müşahidə olunub. Neft-qaz sektorunda azalma eyni zamanda neft-qaz sənayesində qeydə alınıb. Belə ki, neft-qaz sənayesində bu ilin I yarısında 3.2 faiz azalma qeydə alınıb. Amma qeyri-neft sənayesində isə 16.6 faiz artım qeydə alınıb. Praktik olaraq rəqəmlərin müqayisəsi göstərir ki, qeyri-neft sektorunda və həm də qeyri-neft sənayesində artım tempi 2021-ci ilin I yarısında qeydə alınıb və qorunub saxlanılıb. ”

Vüqar Bayramov
Vüqar Bayramov

Onun fikrincə, amma buna rəğmən bütövlükdə sektorda azalma tempi davam edib :

“Sənayedəki azalma neft-qaz sektorundakı azalma hesabına baş verib. Çünki qeyri-neft sənayesində ikirəqəmli artım qeydə alınıb, amma buna rəğmən neft sənayesində müşahidə olunan azalma ümumi sənaye istehsalının azalmasına səbəb olub. Bu, əsas Azərbaycanın Neft İxrac Edən Ölkələr Birliyi (OPEC ) + anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklər və buna uyğun neft hasilatının azalması ilə bağlıdır”.

“Neftin dünya bazar qiymətləri indiki halda məqbul səviyyədədir”

Vüqar Bayramov hesab edir ki, neftin dünya bazar qiymətləri indiki halda məqbul səviyyədədir:

“Nəzərə alsaq ki, ilin əvvəllərində qiymət heç də yüksək deyildi, orta qiymət də koronavirus pandemiyasından əvvəlki qiymətlə yüksək hesab olunmur. Amma OPEC+ avqust ayından etibarən hasilatın mərhələli şəkildə artımına gedəcək. Bu, onu deməyə əsas verir ki, növbəti aylardan Azərbaycanın neft hasilatının mərhələli şəkildə artması və neft-qaz sənayesindəki azalması tempinin optimallaşdırılması mümkün olacaq”.

Sürünən iqtisadi artım

İqtisadçı Nemət Əliyev isə Azadlıq Radiosuna açıqlamasında 2 faizlik artımın ölkə iqtisadiyyatları üçün inkişaf sayılmadığını hesab edir:

“2 faizə qədər artım ölkə iqtisadiyyatı üçün staqnasiya (ing. Stagnation — İqtisadiyyatda uzunmüddətli sürünən iqtisadi artımı ifadəsi. Adətən yüksək işsizliklə müşaiyət olunur ) vəziyyəti sayılır, o cür artımlar iqtisadiyyatın yaşanan böhrandan çıxmasına əsas verən hal kimi qiymətləndirilmir”.

Nemət Əliyev də deyir ki, sənaye istehsalında azalma neft hasilatının azalması ilə bağlıdır:

“Doğrudur, qaz sektorunda müəyyən qədər artım yaşanır. Amma neft sektotunda hasilat həcminin azalması ilə bağlı yaranmış böhranlı vəziyyəti dayandırmaq mümkün deyil. Burda azalma hasilatın pay bölgüsü sazişinin icra olunması sektorundadır. Bunu yalnız OPEC+ üzrə razılaşmalarla izah etmək mümkün deyil. Konkret olaraq, Azərbaycanın illik verə biləcəyi töhfənin həcmi göstərilir”.

Nemət Əliyev, 2013
Nemət Əliyev, 2013

“Sadəcə, quyuların məhsuldarlığı azalır ”

Onun deməsinə görə, amma azalma çox iri rəqəmlərlə xarakterizə olunur :

“Sadəcə, quyuların məhsuldarlığı azalır. Hökumətin bəxti onda gətirib ki, neftin qiymətlərində ötən ilin 6 ayına nəzərən bir az artım var və bu da neftdən daxil olan gəlirləri çoxaldıb. İqtisadiyyatdakı 2 faizlik artımın xeyli hissəsi neftin qiymətinin yaratdığı dəyər hesabınadır”.

Onun fikrincə, iqtisadiyyatın inkişafını yalnız ümumi daxili məhsul göstərici ilə xarakterizə etmək mümkün deyil:

“İqtisadiyyatın inkişafını, tənəzzüldən çıxmasını xarakterizə edən başqa göstəricilər var. Sual yaranır, orta aylıq əmək haqqı göstəricisi niyə azalıb? Yaxud iqtisadiyyat inkişaf edirsə, dövlət büdcəsinin gəlirləri niyə azalıb? Büdcənin xərcləri ötən ilə nəzərən niyə aşağı düşüb? İqtisadiyyat inkişaf edirsə, ölkə iqtisadiyyatına kapital yatırımlarının həcmi niyə azalıb? Niyə tikinti sektorunda vəziyyət bərbaddır? ”.

'Sahibkar olmayan məmur var ki?' - Prezidentin dediklərinə Bakı sakinlərindən reaksiya
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

“Ölkə iqtisadiyyatı tənəzüldən çıxıbsa, Azərbaycanda həyat səviyyəsi niyə pisləşib? ”
Nemət Əliyev suallarına davam edib:

“Dövlət sektorunda nə üçün 18 min 400 nəfər əməkhaqqı alan muzdlu işçi işini itirib? Bu, iyulun 1-nə olan məlumatdır, bəs bu insanlar necə dolanacaqlar? Bütövlükdə ölkədə bu ilin son 5 ayında işsizlərin sayı 18.4 faizdir, bəs hardadır iqtisadiyyatın inkişafı? ”.

İqtisadçının deməsinə görə, orta aylıq əməkhaqqı göstəricisi 0,7 faiz azalıbsa, mənzərə aydındır :

“Rəsmi rəqəmlərlə aparılan hesablamalar göstərir ki, bütün məhsul bazarları azı 20 faiz, istehlak bazarları isə 16 faizdən çox bahalaşıb. Bu gerçək mənzərəni nəzərə alsaq, əhalinin həyat səviyyəsinin 17 faiz ətrafında bahalaşması reallığı ortaya çıxır. Sual yaranır, ölkə iqtisadiyyatı tənəzüldən çıxıbsa, Azərbaycanda həyat səviyyəsi niyə pisləşib? ”.

Xatırlatma

Amma rəsmi rəqəmlər bir qədər fərqlidir. Azərbaycan Dövlət Statistika Komitəsi-nin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrünə nisbətən inflyasiya 4,3 faiz təşkil edib. Qurumun vurğulamasına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları isə cəmi 4,9 faiz bahalaşıb. Dövlət Statistika Komitəsi ötən il isə ölkə iqtisadiyyatının 4,3 azaldığını açıqlamışdı.

XS
SM
MD
LG