Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:49

Azərbaycan -Kosovo oyununda qalib olmadı


Azərbaycan yığması, arxiv foto
Azərbaycan yığması, arxiv foto

Bu gün, sentyabrın 7-də Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

"D" Liqasının 3-cü qrupunda rəqib Kosovo millisi olub.

Bakı Olimpiya Stadionunda gerçəkləşən qarşılaşmada qalib olmayıb - 0:0.

Kosovo 2016-cı ilin mayında FIFA və UEFA-ya üzv qəbul olunub.

İlk dəfə təşkil olunan Millətlər Liqası AVRO-2020-yə vəsiqə qazanmaqdan ötrü əlavə şansdır. Çünki UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq, 4 liqaya və səbətlərə bölünüblər. 1 – 12-ci yerlər A, 13 – 24-cü yerlər B, 25 – 39-cu yerlər C, 40 – 55-ci yerlər isə D liqasına düşüblər.

Azərbaycan və Kosovo D liqasında yer alırlar. Bu liqaların qalibi AVRO-2020-yə vəsiqə əldə edəcək. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq «Dördlər finalı»nda müəyyənləşəcək. Burada bir matçdan ibarət yarımfinal və final olacaq.

Azərbaycan millisi Kosovo, Malta və Farer Adaları yığmaları ilə birgə III qrupda yer alıb. Azərbaycanın növbəti oyunda Malta yığması ilə qarşılaşacaq.

Xatırlatma

Avropa Çempionatı (AÇ) -2020-yə vəsiqələrlə bağlı qərar verilib. Turnirə 20 vəsiqənin sahibi seçmə mərhələdə məlum olacaq.

2019-cu ilin martında AÇ-2020-nin seçmə mərhələ oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. Hər qrupda ilk iki yerə sahib olanlar Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Ona görə də, indi idman ekspertləri UEFA Millətlər Liqasına önəm verirlər.

XS
SM
MD
LG