Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:16

Müasir top-tüfəng güclü ordu deməkdirmi?


Azərbaycan ordusu doğrudanmı ən güclülər sırasındadı? Xarici ekspertlər danışır
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Azərbaycan ordusu doğrudanmı ən güclülər sırasındadı? Xarici ekspertlər danışır

Azərbaycan rəsmiləri hər fürsətdə ordunun imkanlarını öyürlər. Elə iyunun 26-da Silahlı Qüvvələrin hərbi paradında prezident İlham Əliyev deyib ki, Azərbaycan ordusu 30 ildir müharibə vəziyyətində olduğu Ermənistanda bütün istənilən hədəfləri məhv edə bilər.

Hökumət son illər ordunu gücləndirmək, onun müasir silah-sürsatla təchiz etmək məqsədilə on milyardlarla dollar pul xərcləyib. Məsələn, hərbi paraddan bir qədər öncə prezident İsraildən və Belarusdan hərbi raketlər aldığını açıqlayıb. Bu raketlərin 300 kilometrdəki hədəfi vurmağa qadir olduğu deyilir.

Parad, yoxsa reallıq?

Bəs görəsən, Azərbaycan ordusunun durumu gerçəkdə necədir? Bu bəyanatlar daxili təbliğata hesablanıb, ya reallığı əks etdirir?

Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik leytenant Üzeyir Cəfərli deyir ki, Azərbaycan hələ ideal vəziyyətdə olmasa da, MDB məkanında inkişaf edən ordulardan birinə malikdir. O fikrini əsaslandırmaqdan ötrü paradda nümayiş etdirilmiş raket komplekslərinə diqqət çəkir:

“Belarusdan alınmış “Polonez” raket kompleksi 10 hektarlarla ərazidə canlı qalmasına imkan vermir. İsraildən alınmış LORA raket kompleksi 280 km məsafəni vurur. Türkiyədən alınan kompleks 200 km civarında istənilən hədəfi bəlirləyib sıradan çıxarır”.

Belarus istehsalı Polonez raketləri
Belarus istehsalı Polonez raketləri

Bəzi xarici ekspertlər hesab edirlər ki, Azərbaycan hökuməti həqiqətən də orduya yetərincə maliyyə ayırıb, son zamanlar onu xeyli müasirləşdirib.

Məsələn, Gürcüstandan briqada generalı, indi hərbi analitik olan Amiran Salukvadze bu fikridədir:

“Biz tez-tez müşahidə edirik ki, Azərbaycan ordusu müxtəlif təlimlər keçirir. Düşünürəm ki, son illər Azərbaycan ordusu öz keyfiyyətini artırıb. Bu realdır və uğurludur. İslahatlara gəlincə, biz görürük ki, son 5-6 ildə hakimiyyət xüsusən də aparıcı ölkələrdən – İsraildən, Rusiyadan, eləcə də başqa ölkələrdən silahlar alır. Məsələn, hava hücumundan müdafiə, artilleriya texnikası, raket sistemləri alır. Odur ki, ordunun qüdrətinin gücləndirilməsi doğrudur, realdır. Müxtəlif reytinqlərə görə, Azərbaycan ordusu Qafqazın bütün ordularını az qala ötür, o cümlədən Gürcüstanı”.

Modern silahlar hələ modern ordu demək deyil

Azərbaycanın müdafiə nazirinin keçmiş müavini, indi Norveçdə mühacirətdə yaşayan polkovnik İsa Sadıqov isə hesab edir ki, əksinə Qafqazda ən güclü ordu Gürcüstandadır. O hər il minə yaxın gürcü hərbçisinin ağır bölgələrdə - İranda, Əfqanıstanda qulluq etdiyini yada salır. Bu da on ilə təxminən 10 min təcrübəli hərbçi deməkdir, üstəlik də onlar NATO heyəti, modern silah-sursatla işləyirlər.

İsa Sadıqov
İsa Sadıqov

İsa Sadıqov modernləşmə və güclü kadr hazırlığı məsələsinin üzərində xüsusi dayanır. O deyir ki, mühüm olan döyüş hazırlığıdır, zabit heyətinin Türkiyə və NATO-da hazırlanmasıdır:

“Güclü ordunin zabit və əsgərləri təlim meydanlarında olmalıdır, müasir texnikanı paradlarda yox, təlimlərdə mənimsəməlidir. Axı, bir də bizim gücümüz orduda qulluq edənlərdən ibarət deyil. Müharibəni ölkə aparır. Ölkənin strateji ehtiyatları olmalıdır. Deyək ki, əsgərlərimiz, zabitlərimiz müharibəyə cəlb olunur. Müharibə də bir-iki il davam edir. Ölkədə o strateji ehtiyatlar hazırlanırmı? Ölkədə elə şərait yaranıb ki, əsgərlikdən qayıdan gənclər – strateji rezervlər ölkəni tərk edir bir tikə çörəyə görə”.

Hazırda Avropada yaşayan, azərbaycanlı hərbi ekspert Cəsur Sümərinlinin qənaətincə, güclü ordu qurmaq üçün görüləsi işlər var və bu məsələlər hələ də açıq qalır. Orduya nəzarət, şəffaflıq, ictimaiyyətlə hesablaşmamaq kimi məsələlər həll olunmur. O güclü ordu qurmağı bu cür amillərin yubatdığını düşünür:

“Silahlanma məsələsi insan faktoruyla, islahatlarla müşaiyət olunmur. Güclü silah alınırsa, onu idarə edəcək güclü vətəndaş, hüquqlarını bilən, təhsilli, savadlı zabit lazımdır. Eyni zamanda, silahlanma gedirsə hesabatlılıq olmalıdır. O baxımdan hesab edirəm ki, bu qədər silah alınmasında məqsəd yeyintidir, korrupsiyadır”.

AzadlıqRadiosu Bakı sakinlərinin Azərbaycan ordusu barədə fikirlərini öyrənib:

Bakıda sorğu: Azərbaycan ordusu dünyada neçəncidir?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Xatırlatma

Azərbaycan respublikası özünü 1918-ci ildə qurulmuş Azərbcayn Xalq Cumhuriyyətinin varisi elan edib.

Ona görə həmin Cumhuriyyət dövründə qurulmuş ordunun da iyunun 26-da 100 illiyi qeyd edilib. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini elan edəndən sonra qonşu Ermənistanla müharibə şəraitində yenidən ordusunu formalaşdırmağa başlayıb.

1990-cı illərin əvvəlində Ermənistanla müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayon işğal edilib.

1994-cü ildə tərəflər atəşkəs elan etsələr də o zamandan bəri aparılan danışıqlar hələlik yekun sülh razılaşması əldə edilməsinə imkan verməyib. Ona görə də Azərbaycan xüsusilə ölkəyə neft dollarları gəlməyə başlayandan bəri orduya ayrılan büdcəni kəskin artırıb.

Ermənistan da Rusiyadan borc və başqa vasitələrlə silahlar alıb. Beynəlxalq müşahidəçilər tez-tez tərəflərə mümkün yeni hərbi toqquşmalar barədə xəbərdarlıq edirlər. Onlar qeyd edirlər ki, hər iki tərəfdə ordu 1990-cı illər səviyyəsində deyil, növbəti hərbi qarşıdurma hər iki tərəf üçün böyük itkilər və dağıntılar verə bilər.

XS
SM
MD
LG