Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:47
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı

Azərbaycanda növbədənkənar prezident seçkiləri

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.

Əsas məqamlar

08:51 9.2.2024

ATƏT-in seçkini izləyən Müşahidə Missiyası Azərbaycan hökumətinin təzyiqi altında olması barədə iddialara cavablandırıb: "Əvvəllər Azərbaycandakı seçkilərin müşahidəsində başqa təşkilatlarla əməkdaşlıq etmişik. Bizim öz metodologiyamız var. Bu metodologiya istənilən təzyiqlərə qarşı dözümlüdür".

AŞPA üzvü, almaniyalı deputat Frank Şvabe bir müddət öncə BBC-yə müsahibəsində ATƏT-in Müşahidə Missiyasının Azərbaycanda təzyiq altında olduğunu demişdi.

08:50 9.2.2024

Əliyevə seçkidən sonra dəstək yürüşləri: Tələbələr yürüşlərə necə gətirilib?

21:33 8.2.2024

ABŞ səfirliyi Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat verib

Açıqlamada bildirilir ki, Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür: "Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların, demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri, ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq".

18:50 8.2.2024

Şarl Mişel İlham Əliyevi təbrik edib

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevi bu vəzifəyə təkrar seçilməsi münasibətilə təbrik edib. O, fevralın 8-də bu barədə X sosial platformasında post yazıb: "Azərbaycan prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı ilə bağlı ən xoş arzularımı çatdırdım. ATƏT/DTİHB ilə davamlı münasibətlərin mühümlüyünü vurğuladım. Habelə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər və əməkdaşlıq, o cümlədən qarşılıqlı bağlılıq və enerji məsələlərini müzakirə etdik".

Davamı

XS
SM
MD
LG