Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 01:02

'Azərbaycan yaxında ərzaq təhlükəsizliyini təmin edə bilməyəcək'


arxiv foto
arxiv foto
Azərbaycanda ərzaq idxalı artmaqdadır. Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi məlumatlara görə 2023-cü ilin birinci yarımilliyində ölkəyə 1 milyard 58 milyon 429 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu da 2022-ci ilin anoloji dövrü ilə müqayisədə 1 milyon 483 min dollar çoxdur.

Ərzaq idxalının son 10 ildə artdığı bildirilir.

AzadlıqRadiosu "Azərbaycanın ərzaq idxalından asılılığı nədən artmaqdadır?", "bunun nə kimi mənfi cəhətləri var və onun qarşısını necə almaq olar?" suallar ilə ekspertlərə müraciət edib.

"Çörək olmadan deyə bilmərik ki,..."

Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmli Azərbaycanın əsasən özünün ərzaq buğdasına təlabatını ödəyə bilmədiyini bildirib:

“Çörək olmadan deyə bilmərik ki, ərzaq təhlükəsizliyimizi təmin edirik. Artıq 1 aydan çoxdur taxıl biçimi davam etsə də, istehsal haqda məlumat açıqlanmır. Görünür yenə istehsalda azalma olduğundan rəqəmləri gizlətməyə çalışırlar. Onsuz da nə vaxtsa açıqlanacaq. Amma zamanında açıqlansa, təhlil aparıb hökumətə problemin həlli yönündə təkliflərimizi verərdik”.

çörək
çörək

V. Məhərrəmli son vaxtlar heyvandarlıq məhsullarının idxalının da artdığını vurğulayıb:

"Ət, süd idxalı artır. İri heyvanların idxalında ciddi artım var. Bu,o deməkdir ki, yüksək kolorili məhsullar istehsal edə bilmədiyimiz üçün idxaldan asılılıq var. Əgər yerli istehsal hesabına ət və südü təmin edə bilməsək, ölkədən valyuta daha çox çıxacaq. Çünki ət-süd bahalı məhsuldur".

Onun deməsinə görə, bitki yağlarına olan tələbatın xammala olan ehtiyacının 10 faizini daxili istehsal hesabına ödəyə bilirlər.

süd
süd

" Şəkər olan tələbatın xammala ehiyacının 5 faizini ödəyirik"

"Şəkər olan tələbatın xammala ehiyacının 5 faizini ödəyirik. Bunlar əsas ərzaq məhsularıdır ki, idxaldan asılıyıq və getdikcə də artır. Deməli, Azərbaycan yaxın zamanlarda ərzaq təhlükəsizliyini təmin edə bilməyəcək".

Onun sözlərinə görə, mövcud gedişatın qarşısını istehsalın artımı hesabına almaqla mümkündür. O deyib ki, ölkənin torpaq, iqlim şəraiti və su resursları var:

"Çünki ehtiyacdan 5 dəfə artıq resursumuz var"

"Səmərəli istifadə olunarsa, buğdaya, ətə, südə, bitki yağlarına və şəkərə olan ehtiyacımızı tam ödəyə bilərik. Çünki ehtiyacdan 5 dəfə artıq resursumuz var. Ötən il ölkədən yeyinti məhsullarının idxalı üçün 2 milyard 363 milyon dollar vəsait çıxıb. Bilirsiniz, aqrar siyasəti aparan peşəkarlar olmalıdır ki, onlar bu sahəni inkişaf etdirə bilsinlər".

inək
inək

"Dünyada ərzağın qiyməti 2 dəfədən çox artıb"

Azərbaycan Milli Məclisinin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bildirb ki, son 5 il ərzində dünyada ərzağın qiyməti 2 dəfədən çox artıb. O, bu rəqəmlərin ərzaq idxalından asılılığın artması anlamına gəlmədiyini vurğulayıb.

Deputat deyib ki, son 6 ay ərzində dünyada orta illik inflyasiya 6 faizdən çox olub:

"Son 6 ayda ərzaq idxalının dəyər ifadəsində 1 faiz artmasını inflyasiyanı hesablamaqla şərh etmək lazımdır. Dünyada ciddi ərzaq qıtlığı var. Bəzi ölkələr ərzaq məhsullarının ixracına qadağalar tətbiq edir".

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda da əhalinin ərzaq məhsullarına olan tələbatı ödəmək üçün həm yerli istehsalda, həm də xaricdən ərzaq məhsullarının alınmasında lazımi tədbirlər görulur:
"Hansı tədbirlərin görüldüyünü isə yaxşı olar müvafiq nazirliklərdən öyrənəsiz"
XS
SM
MD
LG