Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

Sürüşmə zonaları aktivləşir


Torpaq sürüşməsi
Torpaq sürüşməsi

“Bakı və Abşeron yarımadasındakı Zığ, Masazır və Qaraçuxur sürüşmə sahələrində aktivlik müşahidə olunur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, son günlər yağan yağışlar nəticəsində əksər sürüşmə sahələrində aktivləşmə qeydə alınıb.

Buna da bax: Zığda 100-dən çox ev təhlükədə

Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrində və Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də müəyyən uçqunlar olduğu bildirilir.

Nazirlik açıqlayıb ki, cənub bölgəsində - Lənkəran-Lerik yolunun 17-19-cu km, 27-29-cu km, 45-47-ci km-də bərpa işləri görülərkən yamacların kəsilməsinin təsirindən müəyyən uçqunlar baş verib.

Son vaxtlar, Ağsu aşırımında, İsamyıllıda. Gədəbəydə, Lənkəran, Lerik və Masallıda sürüşmələr artıb, ekspertlər bunu yağışlar və meşlərin qırılması ilə izah edirlər.

XS
SM
MD
LG