Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:33

Gürcüstana dünyanın 141, Azərbaycana isə 9 ölkəsindən vizasız gəlirlər


İlham Əliyev Nikol Paşinyanı nədə ittiham edir?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

İlham Əliyev Nikol Paşinyanı nədə ittiham edir?

Dünya Turizm Təşkilatının hesabatına görə, keçən il qonşu Gürcüstana 3 milyon yarım, Azərbaycana isə 2 milyon yarım xarici turist gəlib. Yəni, faktiki olaraq Gürcüstan Azərbaycanadan bir milyon çox turist qəbul edib.

Hər iki ölkəyə səfər etmiş macar turizm bloqqeri Tamas Kassay Gürcüstanı turistlərə daha cəlbedici edən bir neçə səbəb gətirir. Onun dediyinə görə səbəblərdən birincisi bu ölkəyə viza rejiminin Azərbaycandan daha sadə olmasıdır:

“Şengen zonasından Gürcüstana vizasız getmək mümkündür. Sadəcə, pasportunu cibinə qoyub gedirsən. Azərbaycana səfər etmək isə daha mürəkkəbdir. İndi düzdür, vizanı onlayn alırsan, amma yenə də viza tələb olunur. Mən turistlər arasında müzakirələri görürəm. Bircə mənfi şərh turistlər arasında yayılır və ölkə turist itirir”.

Hazırda 141 ölkənin vətəndaşı Gürcüstana vizasız gedə bilir. Azərbaycana isə cəmi 9 ölkənin vətəndaşının vizasız səfərinə icazə verilir.

Vizasını almağa müvəffəq olub, Azərbaycana gəlib çıxa bilən turistlər isə ölkədən məmnun görünürlər. Onlardan biri belə deyir:

“Mənim təəssüratım belədir ki, Azərbaycan çox qədim və özünəməxsus ölkədir. Üstəlik, burda qiymətlər də münasibdir. Mən Dubayda, Londonda, Türkiyənin başqa şəhərlərində də olmuşam, qiymətlər burda yüksək deyil. İki dostum burda olmuşdu, onlar mənə məsləhət gördülər ki, Orta Asiya səfərimin tərkibində bura da gəlim. Ucuz, təmiz şəhərdir. Dublindən ucuzdur. Qazaxıstandan fərqli olaraq burda kiril əlifbasını öyrənməyə ehtiyac yoxdur”.

Turizm bloqqeri Tamas Kassay həmçinin deyir ki, Gürcüstan hökuməti internetdə social şəbəkələrdə öz işini daha cəlbedici görür, bu iki ölkənin turizm səhifələri heç müqayisəyə də gəlmir.

Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Gürcüstanda, xidmət sahəsində daha çox adam ingiliscə danışır, bu da turist üçün cəlbedicidir.

Müxalifətdəki ReAl Partiyasının icra katibi Natiq Cəfərli deyir ki, hakimiyyət bilərəkdən vizanı belə mürəkkəb edir, çünki sərhədlər açıldıqca, azadlıqlar da artmalıdır, hakimiyyət bunu istəmir. Hakimiyyət rəsmiləri isə ölkədə bütün azadlıqların təmin olunduğunu deyirlər.

Dünya Turizm Agentliyinin məlumatında deyilir ki, turistlər keçən il, Azərbaycanda 3 milyard dollar civarında pul xərcləyiblər. Di gəl ki məsələn, dünyanın ən məşhur turist məkanlarından sayılan Çexiya Respublikasında turistlər 7 milyard dollara qədər pul xərcləyiblər. Real partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, Çexiya ilə Azərbaycanın rəqəmlərini müqayisə edəndə, Azərbaycanın bu statistikası şübhə doğurur:

“Azərbaycan vətəndaşları özləri də otellərdə, xüsusilə də, şimal rayonlarında qalırlar. Bu otel xərclərinin də sırf turizmdən gələn gəlir kimi və xarici turizmdən gələn gəlir kimi qeyd olunması doğru deyil. Odur ki, o statistik məlumatlarda problemin olduğunu düşünürəm”.

Bəs bu deyilənlərə Dövlət Turizm Agentliyinin cavabı nədir? Agentliyə sorğu göndərsək də gün ərzində cavab ala bilmədik.

Rəsmi rəqəmlərə görə, keçən il, Azərbaycana ən çox Rusiyadan turist gəlib, xarici qonaqların hər 3 nəfərindən biri Rusiyadan olub. Gürcüstandan gələnlər 11 faizlə ikinci yerdədir.

İqtisadçı Natiq Cəfərli deyir ki, hökumət hər sərhədi keçənə turist deyir, halbuki, Dünya Turizm Təşkilatının məlumatına görə, turist 24 saatdan çox ölkədə qalan, xidmətlərdən istifadə edəndir. Natiq Cəfərli deyir ki, böyük ehtimalla hökumət Gürcüstanda, Rusiyada yaşayan, bu ölkələrin vətəndaşı olan azərbaycanlıları da turist kimi qeydə alır. Onun sözlərinə görə, turistlərin 30 faizi Rusiyadan olsaydı, məsələn, Bakıda ruslar daha çox gözə dəyərdi, ərəblər yox”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Turizmin inkişafı üçün nə etmək lazımdır
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

2014-cü ilin sonundan, neft ucuzlaşmağa başlayandan sonra, Azərbaycan rəsmiləri, turizmi priorotet sahələrdən hesab edir.

Buna baxmayaraq Azərbaycan turist üçün Gürcüstandan daha cəlbedici ölkə ola bilməyib.

XS
SM
MD
LG