Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:45
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

18:23 22.9.2015

Suriyada, İraqda vuruşan azərbaycanlılar 250-300 nəfərdir

MTN 2013-2015-ci illərdə İraqda, Suriyada İslam Dövləti və digər təşkilatlarda vuruşmuş daha 5 azərbaycanlının tutulması xəbərini yaydı. Tez-tez belə xəbərlərin yayılması bir tərəfdən, bununla mübarizə aparıldığını, vəziyyətin nəzarətdə olduğunu, o biri tərəfdən, Suriyada vuruşan azərbaycanlıların heç də az olmadığını göstərir.

Belə azərbaycanlılar nə qədərdir? Onların Azərbaycana təhlükəsi ciddidirmi? Təhlükəsizlik eksperti İlham İsmayıl AzadlıqLive-a deyir ki, müxtəlif qiymətləndirmələrə görə, onların sayı 250-300 nəfərdir. Rusiya və ya Şimali Qafqazdan belə vuruşanların sayı ilə müqayisədə bu, çox deyil. Bundan başqa, vəziyyət nəzarətdə saxlanır.

Bəs bu azərbaycanlılar necə olur ki, birdən-birə Suriyaya getməy qərar verirlər? İlham İsmayıl deyir ki, Azərbaycanda fəaliyyət göstərən missionerlər var.

Bəs azərbaycanlıları Suriyaya getməyə vadar edən nədir? İlham İsmayıl deyir ki, bunun iki səbəbi var: Azərbaycanda ideoloji boşluq və sosial ədalətsizlik.

Gözlə

No media source currently available

0:00 0:09:35 0:00
Direct-ə keçid


16:13 22.9.2015

Dubay Əmirinin oğlunun dəfninə Kamaləddin Heydərov gedib

Bir neçə gün əvvəl qəflətən dünyasını dəyişən BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlunun ölümü dünya mediasının müzakirə mövzusuna çevrilib. Şeyx və varisi dəfələrlə Azərbaycanda rəsmi və qeyri-rəsmi səfərlərdə olublar. Onların Azərbaycanın yüksək çinli məmurları ilə dostluq münasibətləri olub. Elə şeyxin qəfil ölümündən sonra da Azərbaycandan dəfn mərasimində kimin iştirak edəcəyi maraq doğururdu.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu mərasimdə Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov şəxsən iştirak edib. Nazir dəfn mərasiminə qatılaraq dövlət başçısı İlham Əliyevin başsağlığı məktubunu şeyxin ailəsinə çatdırıb.

16:00 22.9.2015

Jurnalist: "buna ancaq gülmək olar"

Jurnalist Seymur Həzinin məhkəməsində hakim əvvəlcə müdafiə tərəfinin vəsatəti yenidən qaldırmasında problem görməsə də, vəsatətlə bağlı qərarında bildirib ki, məhkəmə artıq bu vəsatətin təmin olunmaması ilə bağlı qərarını verib.

Məhkəmənin bu cür yanaşması həm vəkilin, həm də Seymur Həzinin sərt reaksiyasına səbəb oldu:

Seymur Həzi: «Buna ancaq gülmək olar».

Adil İsmayılov: «Əvvəlcə deyirsiniz vəsatət verə bilərik, sonra da deyirsiniz ki, qərar vermişik də. Çox qəribə durum yaranıb indi məhkəmələrdə. Mən artıq məhkəmələrə gəlmək belə istəmirəm. Daha hökmü də verin, çıxaq gedək də. Niyə boşuna danışırıq ki burda?!».

14:13 22.9.2015

Yerevanda Qarabağ veteranı vəhşicəsinə döyülüb

Yerevanın mərkəzində Qarabağ müharibəsi veteranını vəhşicəsinə döyüblər. Smbat Akopyan bir neçə QHT-çi ilə birlikdə hakim Respublika Partiyasının qərargahı önündə hakimiyyətin dəyişdirilməsinə çağırırdı.Aksiya qurtarandan bir neçə dəqiqə sonra ona 5-6 mülki geyimli şəxs yaxınlaşıb və döyməyə başlayıb. Azadlıq Radiosunun Erməni xidmətinin məlumatına görə, onun qışqırığına heç bir polis yaxın gəlməyib.

İstintaq komitəsində onun döyülməsi ilə bağlı cinayət işi açılmayıb, araşdırma polisdə aparılır.

Davamı

XS
SM
MD
LG