Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:32
'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra

MSK növbədənkənar parlament seçkilərinə nöqtə qoydu

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) deputat mandatlarının 54.4 faizini qazanıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkədə azad və ədalətli seçkilər üçün şərait olmadığını bildirərək onu boykot etmişdi. Səsvermə prosesini izləyən müstəqil müşahidəçilər və jurnalistlər çoxsaylı qanun pozuntuları qeydə alıblar. Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər ki, daxil olan müraciətlər şəffaf şəkildə araşdırılacaq.

Əsas məqamlar

20:03 1.9.2024

MSK-nın quraşdırdığı müşahidə kameralarından seçki qutusu görünmür

AzadlıqRadiosunun müşahidə etdiyi məntəqələrdə qutu şəffaf deyil...

MSK-nın quraşdırdığı müşahidə kameralarından seçki qutusu görünmür
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

21:18 1.9.2024

Seçki məntəqələrində bülletenlərin topa şəkildə kəsilməsi qeydə alınıb

21:24 1.9.2024

Müşahidəçi məntəqədə topa bülleten atıldığını iddia edir.

22:30 1.9.2024
Səslər necə sayılır?

66 saylı Saatlı seçki dairəsinin 18 saylı məntəqəsində səslər sayılarkən bir artıq bülletenin aşkar edildiyi bildirilir.

Məntəqədən adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, lakin məntəqə seçki komissiyasının üzvləri namizədlərdən birinin bir səsini azaltmaqla bu nəticəni təsdiq edib.

Hələlik, bu məlumata yuxarı seçki qurumlarından münasibət almaq mümkün olmayıb.

Davamı

XS
SM
MD
LG