Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:30

Azərbaycandan Rusiyaya nota


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

-

Azərbaycan Ermənistana silah alınması üçün kredit verdiyinə görə Rusiyaya nota ünvanlayıb.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev açıqlama yayıb.

Fevralın 19-da Ermənistana silah və hərbi texnika alınması məqsədilə 200 milyon dollar kredit verilməsini nəzərdə tutan saziş qüvvəyə minib.

H.Hacıyev Ermənistanın əldə etdiyi silahları Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirdiyini bildirib.

«Ermənistana, xüsusilə, hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir, əksinə, Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir. Biz ixracatçı tərəfin silahların Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyəcəyinə dair zəmanət verməsini gözləyirik», - deyə H.Hacıyev vurğulayıb.

Razılaşma çərçivəsində Rusiya Ermənistana «Smerç» raket sistemləri, «Igla-S» zenit kompleksləri, «Avtobaza-M» radiotexniki kəşfiyyat qurğuları, «TOS-1A» ağır odpüskürən sistemlər, 9М113М idarəolunan raketləri, RPQ-26 qumbaraatanları və s. silahlar satacaq. ​

Buna da bax...

Əfqanıstanın qadın komandiri
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

XS
SM
MD
LG