Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:38

Aylardır maaşını almayan narazılar [Video]


Fəhlələr yenə maaş tələbilə etiraz aksiyası keçirirlər - 4 noyabr 2016
Fəhlələr yenə maaş tələbilə etiraz aksiyası keçirirlər - 4 noyabr 2016

Dekabrın 5-də «Azərinşaatservis» şirkətinin 40-a qədər keçmiş işçisi etiraz aksiyası keçirib.

Şirkət önünə toplaşan fəhlələr müxtəlif vaxtlardan qalan maaşlarını ala bilməmələrindən narazılıq ediblər. Onlar deyirlər ki, kiminin 2015-ci ilin oktyabrından, kiminin də bu ilin yanvarından əmək haqları qalır.

Etirazçıların demələrinə görə, rəhbərlik onlardan sonra işə götürdükləri şəxslərin pullarını verir, amma onlar yada düşmürlər.

Aksiya iştirakçıları qeyd ediblər ki, bütünlükdə onlar kimi 200 nəfər şəxs var.

Bir müddət sonra isə aksiya iştirakçıları məsələyə aydınlıq gətirilməsindən ötrü Maliyyə Nazirliyinə yollanıblar.

Maaşlarını ala bilməyən fəhlələr müxtəlif vaxtlarda etiraz aksiyaları keçiriblər. Sonuncu aksiyaları noyabrın 17-də keçirilmişdi. Ondan əvvəl oktyabrın 30-da keçirilən aksiya zamanı «Azəryolservis»in departament müdiri Rəcəb Heydərov AzadlıqRadiosuna bildirmişdi ki, müvafiq maliyyə vəsaitinin şirkətə daxil olmasını gözləyirlər ki, işçilərin də maaşlarını verə bilsinlər.

Oktyabrın 23-də isə maaşlarını ala bilməyənlər «Azəryolservis»in qarşısında aksiya keçirmişdilər.

Həmin vaxt «Azəryolservis»in mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə AzadlıqRadiosuna demişdi ki, onlar, sadəcə, sifarişçidir və bu sifarişlərə uyğun olaraq müəyyən layihələr həyata keçirirlər: ««Azərinşaatservis» də podratçı şirkət olaraq bizim müəyyən sifarişlərimizi yerinə yetirir. Biz isə bu sifarişlərə uyğun olaraq «Azərinşaatservis»ə vaxtında ödənişlər eləmişik və burda heç bir problem yoxdur. Buna görə də «Azərinşaatservis»in işçilərinin maaş ala bilməməsi bizimlə bağlı deyil. Amma buna baxmayaraq, həmin şirkətin işçilərini biz qəbul etdik. Bu barədə aidiyyəti qurumlara məlumat veriləcək».

XS
SM
MD
LG