Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:08

Müxalifət qüvvələri mitinq keçirdi (Video)


Bakıda mitinq keçirilir, 19 yanvar 2019
Bakıda mitinq keçirilir, 19 yanvar 2019

Polisin açıqlaması

Bakıda mitinq, 19 yanvar 2019
Bakıda mitinq, 19 yanvar 2019

Demokratik Qüvvələrin Milli Şurasın mitinqi ilə bağlıBakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti dəməlumat yayıb. Həmin məlumatda qeyd edilir ki, Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirilib.
Şəhər polisinin bildirməsinə görə, aksiyada ümumilikdə

2800 (iki min səkkiz yüz) nəfərədəkşəxs iştirak edib. ”İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”, deyə məlumatda vurğulanır.

Amma təşkilatçılar deyilən rəqəmlə razılaşmırlar. Təşkilatçıların iddasına görə, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti aksiya iştirakçılarının sayını defələrlə kiçildib

***

Aksiyanın sonunda qətnamə də qəbul edilib.

Qətnamədə bütün siyasi məhbuslara azadlıq təlb edilib. Eyni zamanda qətnamədə korrpsiya iddiaları ilə bağlı bir sıra məqamlar da yer alıb.

Daha sonra da "aksiyanın təşkilatçılarından saxlanan şəxslərin buraxılması, cərimə edilənlərin isə cərimələrinin ləğvi" tələb edilib.

AXCP rəhbərliyinin bildirməsinə görə, bu aksiya ərəfəsində bütünlükdə 100-ə yaxın fəal saxlanıb. Əli Kərimlinin vurğulamasına görə.
onlardan bəzilri buraxılsa da, bir çoxları hələ buraxılmayıb. Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Rəsmilərin bundan əvvəl bildirməsinə görə, “müxalifətin aksiyalarına xalq dəstək vermir, bu üzdən müəyyən əsassız iddialarla bunu pərdələmək istəyirlər”.
Hakimiyyət rəsmiləri dəfələrlə vurğulayıblar ki, ölkədə sərbəst toplaşmaq azadlığı qorunur.

***

Müxalifət etiraz mitinqində "siyasi məhbuslar"ın azad edilməsi və korrupsiyaya son qoyulmasını tələb etdi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Müsavat Partiyası başqanının müavini Saxafət Soltanlı isə deyib ki, bu aksiyanın bir nəçə məqsədi var. Onun vurğulamasına görə, əsas məqsədlərdən biri başda Mehman Hüseynov olmaqla bütün siyasi məhbuslarla həmrəylik nümayiş etdirməkdir.

Mitinqdə şüar, 19 yanvar 2019
Mitinqdə şüar, 19 yanvar 2019

***

Əli Kərimli: "Necə olur ki, İlham Əliyevin ətrafında ancaq..."

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də çıxışında suallara yer verib:

“ Necə olur ki, İlham Əliyevin ətrafında ancaq korrupsinerlər, oğurular nazir ola bilir. O xüsusi olaraq yalnız ogurularamı vəzifə verir yoxsa, onun ətrafına kim gəlirsə oğuruya çevirilir?”

Əli Kərimlinin çıxışının bu yerində meydandan yenidən “ İstefa” şüraları səslənib.

Əli Kərimlinin mitinqdə çıxışında bir parça
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Əli Kərimlinin vurğulamasına görə, insanlar meydana gəliblər ki, hakimiyyətdən bir sıra məsələləri teləb etsinlər:
“ Gəliblər tələb etsinlər ki, siz kimsiniz şəhid ailələrini təhqir edirsiniz?... Siz kim olursunuz ki, uşağın, əsgərin, pensiyaçının, işsizin pulunu oğurlayıb Londondakı ofşorlara yerləşdirirsiniz?”

Azərbaycan rəsmiləri isə korrpsiya iddialarını qəbul etmirlər. Onların deməsinə görə, ölkədə korrupsiya halları ilə ciddi mübarizə aparılır.Üstəlik, rəsmilərin fikrincə, həm ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların ailələri, həm də əlillər dövlətin qayğısı altındadırlar.

***

İlqar Məmmədov:”Azərbaycanda əsl Cümhuriyyət olsaydı...”

Ilqar Məmmədov, 19 yanvar 2019
Ilqar Məmmədov, 19 yanvar 2019

Mitinqə dəvət edilənlər arsında olan REAL Partiyasının sədri İlaqr Məmmədov da çıxış edib. O dəvətə görə, Milli Şura rəhbərliyinə təşəkkür edib və vurğulayıb ki, bu onun kütləvi mitinqdə ilk çıxışı olcaq.

İlqar Məmmədov deyib ki, əgər Azərbaycanda əsl Cümhuriyyət olsaydı bu gün insanlar burda toplaşmazdı. Onun vurğulamasına görə, insanlar bundan da göəzl məkanlarda topalaşaraq Azəbaycandakı demokariya ilə fəxr edərdi.

İlqar Məmmədov, mitinqdə çıxış edir, 19 yanvar 2019
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

“ Əgər Azərbaycanda əsl Cümhuriyyət olsa idi Milli Məclisdə Azərbaycanın tarixi problemləri, ciddi problemləri müzakirə edilərdi. Ayların adını dəyişməklə məşğul olmazdılar.Azərbaycan son illərdə, giosiyasi rəqabətdə öz qonşularına uduzmağa başlayıb. Gürcüstandan geridəyik. Artıq, Ermənistandan geridəyik. Niyə görə geriləməyə başlamışıq? 6 il əvvəl mən həbsə atılanda Azərbaycan rəhbərliyi qeyd edirdi ki, Azərbaycan Cənubi Qafqazın iqtisadiyyat baxımdan 75 faizidir. Hanı o 75 faiz? Azərbaycan iqtisadiyyatı artıq çöküşə gedir. Bu, çöküşdən çıxa bilməyəcək, əgər neftə bağlılıq davam edəcəksə”, deyə o vurğulayıb.

İlqar Məmmədov-un deməsinə görə, indi Azərbaycan xalqı üçün əhəmiyyətli olan məsələlər bir qıraqda qalıb: “ İndi Azərbaycan xalqının diqqəti qalıb bir neçə gəncin prezidentlə qarşıdurmasında. Azərbaycan dövlətinə belə hal yaraşarmı?”, deyə o sual edib.

İlqar Məmmədov həbsdə olan bir sıra gənc fəalların adını çəkib. Həmin şəxsləri siyasi məhbus adlandıraraq onların azadlığa buraxılmasının vacibliyindən danışıb.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Azərbaycan rəsmiləri isə deyirlər ki, indi başlıca hədəf iqtisadiyyatın şaxələndirilməsidir. Onların iddiasına görə, Azərbaycanda yenidən iqtisadi artım təmin edilib.

Mehman Hüseynovun fotosu mitinq iştirakçılarının əlində, 19 yanvar 2019
Mehman Hüseynovun fotosu mitinq iştirakçılarının əlində, 19 yanvar 2019

Mitinq, Bakı, 19 yanvar 2019
Mitinq, Bakı, 19 yanvar 2019

​***

Azərbaycan Afrika ilə müqayisə edildi

Mitinqdə çıxış edənlərdən biri Müsavat Partiyası Divanını üzvü Tofiq Yaqbulu olub. O iddia edib ki, insanların hüquqsuzluğu baxımından Azərbaycanı XX əsrin 80-ci illərindəki bəzi Afrika ölkələrinə bənzətmək olar.

Tofig Yagublu, arxiv foto
Tofig Yagublu, arxiv foto

Onun sözlərinə görə, insanlar bu aksiyaya təkcə siyasi məhbuslara azadlıq tələb etməkdən ötrü yox, bütünıükdə Azərbaycanın azadlığı və inkişafına görə gəliblər.

Ölkədə mövcud olan problemlərə görə, Azərbaycan hakimiyyətini tənqid edən Tofiq Yaqublu vurğulayıb ki, mövcud komanda hakimiyytədən getməlidir.

“ Özünüz yazdığınız qanunlara əməl edin. Yazmamısınız ki, o qanunlarda insanı şərləmək olar. Qanunlara əməl etmək lazımdır, günahsız insanları azad etmək lazımdır.”, deyə Tofiq Yaqublu vurğulayıb.

Onun çıxışından sonra meydanda istefa şüarları səslənib.

Amma rəsmilər ölkədə pelə tənqidləri qəbul etmirlər. Onların deməsinə görə, hazırda dünyanın bir sıra ölkələrində böhran yaşansa da Azərbaycan iqtisadiyyatında dayanıqlı inkişaf təmin edilib.Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur.

***

Demokratik Qüvvələrin Milli Şurasınin mitinqi başlayıb. Mitinqin aparıcısı bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyndir.

***

Müxalifətin mitinqinə gələnlər
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Mitinqə gələnlər

***

Aksiya iştirakçıları mitinqin keçiriləcəyi meydana toplaşmaqdadırlar. Onlar əllərində “ Bu vətən bizimdir”, “ Siyasi məhbuslara azadlıq”, “ Mehman Hüseynova azadlıq”, “ Biz qalib gələcəyik” və başqa şüarlar yazılmış plakatlar tutublar. Aksiya iştirakçıları tez-tez “ Azadlıq “, “ Mehman Hüseynova” azadlıq şüarları səsləndirirlər.

Bakı, 19 yanvar 2019
Bakı, 19 yanvar 2019

Həmin ərazidə internettdə problem olduğu deyilir. Bundan əvvəl də, müxalifətin mitinqleri zamani internetlə bağlı oxşar problem yaranıb.Müxalifət qüvvələri bunun bilərəkdən yaradıldığını deyirlər. Onların fikirincə, belədə aksiyalardan canlı yayım etmək imkanı aradan qalxır. Amma hökumət orqanları indiyə qədər bu məsələ ilə bağlı şikayətlərə rəy verməyiblər.

Mitinqdə "Siyasi məhbuslara azadlıq" çüarı, 19 yanvar 2019
Mitinqdə "Siyasi məhbuslara azadlıq" çüarı, 19 yanvar 2019

***

Mitinqinə gələnləri polis belə yoxlayıb meydana buraxır
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

Mitinqə gələnləri polis yoxladıqdan sonra meydana buraxır

***

Bu gün, yanvarın 19-u Bakıda Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirir. Aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.

Şəhər rəhbərliyinin təşkilatçılara bununla bağlı göndərdiyi cavabda onlardan «Sərbəst toplaşma azadlığı haqqında» Qanuna uyğun olaraq milli, irqi və dini ədavətin təbliğinə, təhqiredici ifadələrin işlənməsinə yol verilməməsinə nəzarət etmələri istənilib.

“Tələblərimiz Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, büdcədən talanıb ofşor hesablara daşınmış pulların xalqa qaytarılmasıdır”, bunu isə Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna bildirib.

Cəmil Həsənli, 19 noyabr 2018
Cəmil Həsənli, 19 noyabr 2018

Aksiyanı Müsavat Partiyasının rəhbərliyi və bir sıra başqa müxalif qüvvələr də dəstəklədiyini açıqlayıb.

Milli Şura ötən il də Bakıda “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya yox!” şüarı ilə aksiya keçirib.

Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Aksiyadan öncə bəzi fəalların saxlanması, bir çoxlarının polis idarələrinə çağırılaraq hədələnməsi ilə bağlı şikayətlər səslənib. Mitinqə qatılan müxalifət partiyaları hesab edirlər ki, hakimiyyət polisin gücündən istifadə etməklə aksiyanın kütləviliyinin qarşısını almağa çalışır.

Amma Azərbaycan rəsmiləri dəfələrlə deyiblər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Rəsmilərin vurğulamasına görə, “müxalifətin aksiyalarına xalq dəstək vermir, bu üzdən müəyyən əsassız iddialarla bunu pərdələmək istəyirlər”.

Xatırlatma

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib.

Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloqqer ittihamı qurama sayır.

XS
SM
MD
LG