Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:33

'Fövqəladə vəziyyətin elan olunması istisna edilmir'


Operativ qərargahın mətbuat konfransı
Operativ qərargahın mətbuat konfransı

«Artıq koronavirusa yoluxma halları artır».

Bunu bugün, aprelin 2-də Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, yoluxmanın sürəti sağalmanı üstələyir: «Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın».

Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib

Nazirlər Kabineti yanında Operativ qərargahın bugün, aprelin 2-də keçirilən mətbuat konfransında tibbi maska və spirt çatışmazlığı ilə bağlı məsləyə də münasibət bildirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, tələbat kəskin artdığı üçün bütün ölkələrdə çatışmazlıq var: «Dövlət orqanları ölkədə maska və spirtin istehsalı üçün tədbirlər görürlər. Xammal idxalına rüsumlar, əlavə dəyər vergisi ləğv edilib, güzəştli kreditlər təklif olunub. Bütün şərait yaradılıb ki, maska və spirtin yerli istehsalı təşkil olunsun. İstehsal prosesinin dəqiq gününü və saatını demək mümkün olmur. Amma spirt məhsulları istehsal olunur, qablaşdırılması problemi vardı. Bu məsələ yoluna qoyulub, amma proses davam edir. Tələbat böyükdür, istehsalın artırılması üçün iş görülür».

Prezident tapşırıq verdi, amma maska qıtlığı aradan qalxmadı
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

İ.Məmmədov qeyd edib ki, Sumqayıtda tibbi maskaların istehsalına başlanılır: «Aprelin ilk həftəsində bu işlər başa çatacaq. Avadanlıqların əksəriyyəti qurulub. Dünən gecə (aprelin 1-də) təyyarə ilə tibbi maskaların istehsalı üçün xammal gətirilib. İkiqatlı, üçqatlı, bakterioloji və nano-cərrahiyyə maskalarının istehsalına başlanacaq...».

Dünyada yeni koronavirusun yayılması ilə bağlı Azərbaycanda da tibbi maskalara böyük tələbat yaranıb. Vətəndaşlar apteklərdə tibbi maskaların tapılmaması və ya qiymətlərinin artmasına aid tez-tez şikayətlər dilə gətirirlər.

Xüsusi rejim tətbiq olunan Bakının son halı
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Yoluxanların sayı 41 nəfər də artdı

Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxub

Son bir gün ərzində Azərbaycanda 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə bugün, aprelin 2-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirilib.

«Onlardan 8-nin vəziyyəti ağırdır, 11 nəfərin vəziyyəti orta ağırdır, qalanlarının vəziyyəti stabildir», - Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov vurğulayıb.

Bu vaxta qədər ümumilikdə Azərbaycanda 400 nəfərin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 26 nəfərin müalicə olunaraq sağaldığı, 5 nəfərin vəfat etdiyi deyilir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 47 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

XS
SM
MD
LG