Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:11

Bakının azad olunmasından 101 il keçir


Türk İslam ordusu Bakıda, 1918
Türk İslam ordusu Bakıda, 1918

Bu gün, sentyabrın 15-də Bakının daşnak-bolşevik işğalından azad olunmasından 101 il ötür.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını daşnak-bolşevik işğalından azad edib.

Bununla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına dönüb.

Buna qədər 1918-ci il mayın 28-də elan edilən Xalq Cümhuriyyətinin paytaxtı Gəncəidi. Şəhər azad edildikdən cəmi iki gün sonra, yəni, sentyabrın 17-də Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçdü.

Azərbaycan tarixçilərinin fikrincə, əsası Osmanlı torpaqlarında qoyulan Qafqaz İslam Ordusu tək Bakının işğaldan azad edilməsində iştirak etməyib.

“Bu ordu Şamaxı, Göyçay və bir çox yerlərdə azərbaycanlıların kütləvi şəkildə qırılmasının qarşısını alıb”, – deyə tarixçilər bildirirlər.

Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub.1920-ci ildə Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.

XS
SM
MD
LG