Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:50

Fəallar yenə polis idarəsinin qarşısına toplaşıb


Feminist fəallar polis idarəsinin divarlarına və qapısına qırmızı boya atıblar
Feminist fəallar polis idarəsinin divarlarına və qapısına qırmızı boya atıblar

Avqustun 5-də bir qrup gənc fəal yenə Xəzər Rayon Polis İdarəsinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlar dünən, avqustun 4-də bu idarədə bəzi feministlərə, jurnalistə zor tətbiq edilməsinə və qadınların qətllərinə etiraz bildirmək üçün toplaşdıqlarını bildiriblər.

Sevinc Məhərrəmovanı həyat yoldaşının öldürməsində polisin fəaliyyətsizliyinin də rol oynadığını deyən bir qrup feminist polis idarəsinin divarlarına və qapısına qırmızı boya atmışdı. Daha sonra, fəalların sözlərinə görə, idarədə onlara fiziki və mənəvi təzyiqlər göstərilmişdi. Amma Daxili İşlər Nazirliyi fəallara və jurnalistlərə idarədə zor tətbiq edilməsi ilə bağlı deyilənləri yalanlamışdı.

Avqustun 5-də isə fəallar "Rədd olsun irtica, yaşasın qadınlar" və başqa şüarları səsləndirərək polis idarəsinə yaxınlaşıblar. Polis əməkdaşları aksiyaçılarının əlindən plakatları alaraq onların suallarına cavab verməyə hazır olduğunu bildiriblər.

Polisin cavabı

Xəzər Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin rəisi Elnur Süleymanov da deyib ki, polis idarəsində heç kim döyülməyib: "Burada heç kimə qarşı zorakılıq hərəkətləri olmayıb. Dünən altı nəfər xanım əlindəki boyanı Xəzər Rayon Polis İdarəsinin inzibati binasının üzərinə yaymışdılar. Daha sonra inzibati binaya icazəsiz daxil olublar. Bunun nəticəsində onlarla söhbət aparılıb, törətdikləri əməllərin tərkibində xuliqanlıq əlamətləri olsa da, Azərbaycan xanımları olduqlarına görə barələrində humanistlik nümayiş etdirilib və heç bir intizam tədbir görülməyib".

Daha sonra polis əməkdaşları aksiya iştirakçılarını polis idarəsindən uzaqlaşdırıb, saxlanan olmayıb.

Avqustun 3-də Sevinc Məhərrəmovanı həyat yoldaşının qətlə yetirməsi barədə rəsmi məlumat yayılıb. Məhərrəmova bu ilin martında həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib. İctimai fəallar hesab edir ki, polis onun ərinə qarşı lazımı tədbir görməyib, məhz bu səbəbdən ölüm hadisəsi baş verib.

Ərinin işgəncələrindən polisə şikayət edən gənc qadın öldürüldü
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

Bununla bağlı suala cavabda polis mayoru Elnur Süleymanov deyib ki, S.Məhərrəmovanın şikayəti ilə bağlı araşdırma aparılıb və iş sadələşmiş qaydada Xəzər rayon Məhkəməsinə göndərilib. Bundan sonra tərəflər barışıb. "Nəhayət, sonuncu dəfə S.Məhərrəmovanın şikayəti əsasında polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi qaldırılıb. Cinayət işinin istintaqı aparılaraq Xəzər rayon Məhkəməsinə göndərilib. Cinayət işi məhkəməyə göndərildikdən sonra polis istintaq hərəkəti apara bilməz", - o qeyd edib.

İttihama S.Məhərrəmovanın ərindən və vəkilindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Polis idarəsinin qarşısında aksiya olub

Avqustun 4-də bir qrup fəal Xəzər Rayon Polis İdarəsinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlar qırmızı boyanı idarənin qapılarına töküblər. Aksiya iştirakçıları əlində "Qadın qətlləri siyasidir" və başqa sözlər yazılan plakatlar tutublar.

Onların sözlərinə görə, bu aksiyaya səbəb Sevinc Məhərrəmova adlı qadının öldürülməsidir: "Sevinc Məhərrəmova ilə bağlı hər gün bura gəlib gedilib, şikayət edilib. Zorakını tutmaq əvəzinə zərərçəkəni dilə tutublar...".

Polis əməkdaşları aksiyaçılarının əlindən plakatları alıblar. Aksiya iştirakçıları isə "Qadınların qətlləri siyasidir" şüarı səsləndiriblər. Bundan sonra onlar idarənin ərazisindən kənarlaşdırılıb.

Reportyorlar təzyiqlərlə üzləşdiklərini deyirlər

Bəzi reportyor və fəallar avqustun 4-də Xəzər Rayon Polis İdarəsinin qarşısında aksiya zamanı saxlandıqdan sonra təzyiqlərlə üzləşdiklərini deyiblər.

Reportyordan Nərgiz Absalamova bildirib ki, onlara təzyiq Xəzər Rayon Polis İdarəsində olub. Qeyd ediblər ki, təqribən 1 saat saxlanıb, buraxılıblar.

Daxili İşlər Nazirliyi isə fəalların və jurnalistlərin polis idarəsində təzyiqlərə məruz qalması barədə deyilənləri təkzib edir.

XS
SM
MD
LG