Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:29

'İnkişaf etmiş ölkələrdə qarın təmizlənməsində avtomatlaşdırılmış mexanizmlər, Bakıda insanlar… '


Qar təmizləyən: 'Xanım-xatın arvad idim, indi əlimə bel almışam...'
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

Qar təmizləyən: 'Xanım-xatın arvad idim, indi əlimə bel almışam...' (Arxiv)

Bir neçə gündür Azərbaycanda güclü qar ilə müşayiət olunan kəskin hava hökm sürür. Əvvəlki illərdəki kimi, yenə paytaxt Bakıda yolların buz bağlaması, ictimai nəqliyyatda gecikmələr, taksilərin bahalaşması, küçələrdə qar kütləsinin yığılması ilə bağlı şikayətlər eşidilir.

Buzda yıxılanlar və avtomobil qəzaları…

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, yanvarın 9-da qarda yıxılma səbəbi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub. Müraciətlər, əsasən, diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin travmaları ilə bağlı olub: "Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub".

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də bildirir ki, paytaxtda yanvarın 9-da 35, yanvarın 10-da isə günorta saatlarına qədər 15 yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə isə, qəzalarda ümumilikdə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, üç nəfər də vəfat edib.

Bakının qənimi – qar
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00
Direct-ə keçid

"Yollara duz və kimyəvi maddələrin səpilməsi…"

Bakı Şəhər İcra Hakimiyyətindən "Turan"a bildirilib ki, yanvarın 8-i gecə saatlarından etibarən kommunal strukturlar və aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstəriblər. Vurğulandığına görə, qar küçələr, səkilər, avtobus dayanacaqları, metro stansiyalarının qarşısından, ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafından təmizlənir: "Şaxtalı hava şəraitində qarın təmizlənməsi xüsusi təyinatlı texnika vasitəsilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) də deyilib ki, Bakı şəhərinə, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsi və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər texnika cəlb edib.

Qardan korrupsiya 'iyi' gəlir? - Bakı iflic oldu
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

"Burada ən birinci səbəb korrupsiyadır"

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli isə AzadlıqRadiosuna bildirib ki, bu il də aidiyyəti qurumlar qışa hazır olmayıb: "Burada ən birinci səbəb korrupsiya faktorudur".

Ekspertin sözlərinə görə, öncədən qışa hazırlıq üçün xüsusi sifarişlər həyata keçirilməlidir: "Bu, açıq tenderlərlə olmalıdır. Bu, istər duz, qum qarışıqlarının hazırlanmasına, istər maşın və mexanizmlərin alınması, onların yanacaq təminatına aiddir. Biz Bakı şəhərində qar təmizləyən maşınlara rast gəldikmi? Xeyr".

O qeyd edib ki, inkişaf etmiş ölkələrdə qarın təmizlənməsi ilə bağlı işlər avtomatlaşdırılmış mexanizmlərin cəlb olunması ilə görülür: "O zaman da böyük işçi qüvvəsi tələb olunmur. Amma Bakı və digər böyük şəhərlərimizdə daha çox bu işlərin icrasına canlı insanlar cəlb olunur. Çoxu da yaşlı insanları görürük küçələrdə. Bu yaşlı qadınların böyük əksəriyyəti sadəcə günlük və ya intervallı müqavilələr əsasında işə götürülür. Nəticə etibarilə belə soyuq, qarlı havada bu, canlı qüvvənin çatışmazlığına gətirib çıxarır".

XS
SM
MD
LG