Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:14

Bakı sakini: 'Həkimlər infeksiyaya yoluxdurub, ölürəm...'


"Xəstə səhiyyə". Karikatura. Şerif.
"Xəstə səhiyyə". Karikatura. Şerif.

“Həkimlər infeksiyaya yoluxdurub, ölürəm, dərdimə çarə edən yoxdur. Bunu onlara bağışlamayacam”.

“Qaynar xətt”ə danışan Yaşar İsayevin durumu ağırdır. Onun sözlərinə görə, bu yaxınlarda Bakıdakı xəstəxanalardan birində həkimlər onu inyeksiya yolu ilə infeksiyaya yoluxdurublar.

Buna da bax:​ 'Nəvəm həkimlərin səhlənkarlığına görə öldü'

“GÜNAH HƏKİMLƏRİNDİR”

Yaşar İsayevin sözlərinə görə, ötən ay 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə olunarkən əzələdaxili iynələrdən orqanizminə infeksiya ötürülüb. Vəziyyəti ağırlaşıb və həkimlərin onu xilas edəcəyinə ümidi qalmayan xəstə həkim personalı ilə dalaşaraq xəstəxananı tərk edib:

"Qalmışdım palatanın bir küncündə, hərarətdən huşumu itirmişdim. Ailəm hay-küy salandan sonra həkimlər başıma toplaşdı. Əvvəl günahı öz boynuma yıxmaq istədilər. Dedilər, xəstə pəncərələri açıb, özünü soyuğa verib. Həyat yoldaşım iynə vurulmuş yerimdə böyük bir hissənin kömür kimi qaraldığını görəndə başa düşdük ki, günah mənim yox, həkimlərindir".

Buna da bax:​ 'Anamın ödünü çıxarmaq yerinə mədəsini kəsdilər'

Ailə üzvləri xəstəni həmin xəstəxanadan çıxarandan sonra başqa iki xəstəxanaya aparıblar. Ancaq heç birində xəstənin tam sağalacağına zəmanət verilməyib. Əsasən də yüksək hərarət və hər gün artan ağrılar xəstənin durumunu daha da ağırlaşdırır.

“XƏSTƏNİ QAYTARSINLAR, TAM SAĞALDAQ”

6 saylı Birləşmiş Şəhər xəstəxanasındansa "Qaynar xətt"ə bildirilib ki, xəstəyə infeksiya keçib, ancaq xəstə müalicənin davam etdirilməsinə və problemin aradan qaldırılmasına imkan verməyib:

Buna da bax:​ Ömər bağçadan gəldi, halı dəyişdi, 3 gün sonra…

"Bilmirik, infeksiya necə keçib. Heç aydınlaşdırmağa da imkan vermədilər. Müalicə vaxtı belə şeylər olur. Ancaq xəstə və ailəsi səbirsiz davrandı. Həkimlər müalicəni davam etmək istəyirdilər, səs-küy saldılar, xəstəni götürüb getdilər. Xəstəni qaytarsınlar xəstəxanaya, tam sağaldaq, ayağa qaldıraq".

Səhiyyə Nazirliyindən "Qaynar xətt"ə bildirilib ki, İsayevlər ailəsi quruma rəsmi müraciət etsə, məsələ araşdırılar.

XS
SM
MD
LG